Bakı Avropa Oyunlarında yüzlərlə idmançının dopinqdən istifadə etdiyi güman edilir

Şəklin mənbəyi, EPA
2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında 490 nəfərə yaxın idmançının meldonium dərmanından istifadə etdiyi güman olunur, araşdırmanın nəticəsində məlum olub.
Meldonium dərmanı yanvarın 1-də Dünya Anti-Dopinq Agentliyi tərəfindən qadağan edilib və Maria Şarapova da daxil olmaqla, bir çox idmançının ondan istifadə etdiyi məlum olub.
British Journal of Sports Medicine jurnalının dərc etdiyi araşdırmaya görə, Bakıda medal qazanmış 13 idmançının meldoniumdan istifadə etdiyi aşkar edilib.
Dərmanın 21 idman növündən 15-də çıxış edən idmançıda tapıldığı deyilir.
Məlumat, idmançılar və tibbi heyətin könüllü iştirakı nəticəsində aşkar edilmiş məlumatlara əsaslanır. İdmançılar həmçinin iyun ayında sınaqdan keçiblər.
Tədqiqatı həyata keçirən araşdırmaçılar qəbul edirlər ki, 490 rəqəmi şişirdilmiş ola bilər, çünki meldoniumdan istifadə üçün 7 ölkə lisenziya alıb.
Grand Slam turnirinin beşqat qalibi olmuş 28 yaşlı Şarapova deyir ki, o, dərmandan sağlamlıq məqsədilə 2006-cı ildən bəri istifadə edir.
Meldonium işemiyadan müalicə üçün hazırlanıb. Bu xəstəliyin simptomları bədəndə qan təchizatının çatışmamazlığı nəticəsində ortaya çıxır.
Dərmandan həmçinin şəkər xəstəliyindən əziyyət çəkənlərin də faydalandığı deyilir.




