Neft qiymətlərinin düşməsinə görə BP itkilərlə üzləşib

BP 2014-cü ildə 3,78 milyard dollar həcmində təmiz gəlir əldə etdiyini bildirib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, BP 2014-cü ildə 3,78 milyard dollar həcmində təmiz gəlir əldə etdiyini bildirib.

Neft qiymətlərinin düşməsi fonunda Britaniyanın BP şirkəti 2015-ci ilin yekunlarına əsasən 6,48 milyard dollar həcmində itki verdiyini bəyan edib.

2014-cü ildə şirkətin təmiz gəliri 3,78 milyard dollar təşkil edib.

BP-nin icraçı direktoru Robert Dudley şirkətin “yeni şəraitə uyğunlaşmasına” dair işlərin aparıldığını deyib.

Ötən ilin əvvəlində BP növbəti 2 il ərzində 4 min iş yerinin ixtisar ediləcəyini bildirib.

Bu işçilərin ümumi sayının 24 mindən 20 minə salınacağını nəzərdə tutur.

Fevral ayında BP-Azərbaycan şirkətində kütləvi ixtisarlar nəticəsində işlərini itirmiş bəzi əməkdaşlar BBC Azərbaycancaya prosesin cəmi bir neçə gün ərzində başa çatdığını bildiriblər.

BP-Azərbaycan ixtisarların qanunvericiliyə "tam uyğun şəkildə" aparıldığını bildirir.

BP ixtisar planları həmçinin Rusiyanın şimalında işləyən 600-dək işçiyə şamil edilir.