Donald Trumpın toplantısında hicablı fəal

Şəklin mənbəyi, Getty
ABŞ prezidentliyinə namizəd olmaq üçün kampaniya aparan Donald Trumpın toplantısından müsəlman fəal çıxarılandan sonra Amerikan-İslam Əlaqələr Şurası (CAIR) cənab Trampın qadından üzv istəməsinə çağırış edib.
CAIR deyib ki, Rose Hamidin toplantıdan xaric edilməsi "amerikalı müsəlmanlara dəhşətli mesaj" olub.
Rose Hamid cümə günü səssiz etiraz edərkən zaldan çıxarılmışdı.
Cənab Trump müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoymağa səsləyəndən sonra tənqid olunub.
<italic>Həmçinin oxuyun: <link type="page"><caption> Trump-ın 10 inancı</caption><url href="http://www.bbc.com/azeri/international/2015/12/151208_trump_believes.shtml" platform="highweb"/></link></italic>

Rock Hill şəhərindəki toplantıda, xanım Hamid ayağa qalxaraq əynindəki köynəyin üzərində yazılan sözlərə diqqət cəlb edib: "Salam, mən sülhlə gəlmişəm".
Qadın ayağa qalxanda, onun ətrafındakı kütlə "Trump! Trump!" sözlərini qışqırıb. Məlumata görə, hər hansı maneə və ya pozuculuğa cavab olaraq Trump tərəfdarlarına belə göstəriş verilib, BBC-nin Rock Hill-dəki müxbiri Anthony Zurcher deyir.
Bundan sonra təhlükəsizlik işçisi 56 yaşlı qadına zalı tərk etməsi üçün göstəriş verib. Kütlə onu fitə basıb və o, təhlükəsizlik işçiləri tərəfindən müşayiət olunub.
CAIR deyir ki, xanım Hamiddən üzr istəməkdən başqa, Donald Trump "aydın bəyanat verməlidir ki, amerikalı müsəlmanlar ölkənin vətəndaşları kimi və ölkənin siyasi prosesinin iştirakçıları kimi arzuolunan şəxslərdir".
Cənab Trump hələ ki, çağırışlara cavab verməyib.




