Donald Trump İsrailə səfərini təxirə salıb

Trump-ın müsəlmanlar barədə təklifi İsrailin tənqidinə tuş gəlib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Trump-ın müsəlmanlar barədə təklifi İsrailin tənqidinə tuş gəlib.

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə aparıcı namizəd İsrailə planlaşdırılmış səfərini təxirə saldığını deyib.

Səfər “mən ABŞ prezidenti olduqdan sonrakı dövrdə baş tuta bilər”, milyarder öz Twitter hesabında bildirib.

Bu həftənin əvvəlində Donald Trump müsəlmanların Amerikaya girişinə müvəqqəti qadağanın qoyulmasına səsləyib.

Onun bu təklifi dünya boyu tənqidlə qarşılanıb.

ABŞ prezidentini tənqid edənlər arasında İsrailin baş naziri Benyamin Netanyahu da olub.