Pentagon Trump-ın çıxışları ilə bağlı xəbərdarlıq edib

Şəklin mənbəyi, Getty
Donald Trump-ın antimüsəlman çıxışları İslam Dövləti (İD) qruplaşmasına qarşı ABŞ-ın milli təhlükəsizlik planlarını sarsıdır, Pentagon xəbərdarlıq edib.
Respublikaçılar partiyasının prezidentliyə namizədi California ştatında ölümcül hücumlardan sonra deyib ki, müsəlmanların ABŞ-a girişi qadağan edilməlidir.
Lakin Pentagon sözçüsü Peter Cook deyib ki, belə danışıqlar "İD-nin [ABŞ-da müsəlmanlara münasibətlə bağlı] nağıllarına haqq qazandırmış olur".
Cənab Trump-ın sözləri geniş səs-küy yaradıb.
ABŞ dövlət katibi John Kerry deyib ki, bu addımlar İD-ə qarşı mübarizədə "konstruktiv" deyil.
<bold>Həmçinin oxuyun: <link type="page"><caption> Trump-ın 10 inancı</caption><url href="http://www.bbc.com/azeri/international/2015/12/151208_trump_believes.shtml" platform="highweb"/></link></bold>
ABŞ-ın başçılığı ilə Suriya və İraqda həyata keçirilən bombardmanın hədəfi İD qruplaşmasıdır.
