Kürdlər: İraqda İD qrupuna qarşı hücüm "uğurlu keçir"

Kürd döyüşçüləri bir neçə dəfə Sincar şəhərini nəzarət altına almağa cəhd ediblər.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Kürd döyüşçüləri bir neçə dəfə Sincar şəhərini nəzarət altına almağa cəhd ediblər.

Kürd hərbi birləşmələri İrqaın şimalında İraqın şimalında başladıqları hücumun uğurlu keçdiyini bildirirlər.

Hücumun məqsədi Sincar şəhəri üzərində nəzarəti bərpa etməkdir.

Kürd hərbi komandanlığının məlumatına əsasən, Sincara gedən yolun bir hissəsi nəzarət altına alınıb, İD qruplaşmasının iki dayaq nöqtəsini birləşdirən yol kəsilib.

İraq televiziyasının yaydığı xəbərə görə, kürd silahlıları Sincar şəhəri meriyası binasını ələ keçiriblər.

İD qruplaşması nümayəndələri isə kürdlərin hücumunun dəf olunduğunu bildiriblər.

Kürdlərin silahlı dəstələri İslam Dövləti qruplaşması nəzarəti altında olan Sincar şəhəri üzərinə hücuma bugün başlayıblar.

Kürd komandanlığı həmlənin yerli vaxtla səhər saat 7-də başladığını bildirir. Əməliyyatda təqribən 7,5 döyüşçü iştirak edir. ABŞ və koalisiya qüvvələrinin aviasiyası kürdlərə havadan dəstək göstərir.

İslam Dövləti qruplaşması İraqın şimalında yerləşən Sincarı 2014-cü ilin avqust ayında ələ keçirib. O, vaxtlar şəhəri on minlərlə sakini tərk edib. Sincardan qaça bilməyənlər cihadçıların əlinə düşüb. Onlardan yüzlərlə kürd qətlə yetirilib, minlərlə yezidi qadın isə köləliyə götürülüb.

İraqın Sincar və Mosul şəhərləri habelə Suriyadakı Raqqa şəhəri İslam Dövləti qruplaşmasının mühüm dayaq məntəqələri hesab olunur.

Kürd döyüşçüləri bir neçə dəfə Sincar şəhəri və eyni adlı dağı nəzarət altına almağa çalışıblar. Lakin onların cəhdləri heç bir nəticə verməyib.