Kürdlər Sincar dağının İD mühasirəsini yara biliblər

Sinjar

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Kürd təhlükəsizlik qüvvələri İD-nin İraqın şimalındakı Ninəvəh bölgəsində hücumunun qarşısını almağa çalışırlar.

İraqın şimalında kürd qoşunları İslam Dövləti (İD) üzərində mühüm taktiki qələbə əldə ediblər.

Kürdlərin hərbi rəhbərliyinin yaydığı məlumata əsasən, kürd qüvvələri İD-nin avqustdan bəri mühasirədə saxladığı Sincar dağının mühasirəsini yara bilib.

Həmin dağda İraqın İD hücumundan qaçan minlərlə yezidi kürdü sığınacaq tapmışdı.

Şəklin mənbəyi, BBC World Service

Lakin İraq və Suriyanın geniş əraziləri İD döyüşçülərinin nəzarətində hələ də qalmaqdadır.

Pentaqon rəhbərliyi ABŞ aviasiyasının hava zərbələri nəticəsində İD-nin İraqda bir neçə yüksək rütbəli hərbi liderinin məhv edildiyini bəyan edib.

Genişmiqyaslı əməliyyat

Kürd qoşunlarının Sincar dağı ətrafında hücumu çərşənbə günü başlayıb.

Hücuma havadan ABŞ hərbi aviasiyası dəstək verib.

Ümumi sayı 8 min olan kürd döyüşçüləri iki tərəfdən Sincar dağı istiqamətində hücuma keçərək, qaçqınların mühasirədən çıxması üçün dəhliz yaradıblar.

Kürdlərin hərbi liderləri qaçqınların evakuasiyasının cümə günü davam etdiriləcəyini bildirirblər.

BBC müxbiri John Muir kürd qüvvələrinin İD ilə döyüşlərdə irəlilədiyini təsdiqləyərək, eyni zamanda tam qələbədən söhbət açılmasının hələ xeyli tez olduğunu qeyd edib.

Onun sözlərinə görə, Sincar, Mosul və Təl Afər kimi mühüm strateji əhəmiyyətə malik şəhərlər hələ də İD nəzarəti altında qalmaqdadır.

Sinjar

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İD qüvvələri geniş ərazilərə nəzarət etməkdədir
Sinjar

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Minlərlə yezidi kürdü Sinjar şəhərində baş verən zorakılıqdan xilas olmaq üçün dağlara qaçıb