Suriya böhranında əsas ölkələr hansıdır?

Suriyadakı münaqişəyə çoxsaylı üsyançı qrupların iştirakı ilə yanaşı prezident Bəşər əl-Əsədi dəstəkləyən və ona qarşı çıxan dünyanın aparıcı dövlətləri də qarışıb.

Rusiya

Rusiya prezident Bəşər əl-Əsədin əsas müttəfiqlərindən biridir.
Kreml Əsədə qarşı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələri bloklamaqla yanaşı Suriya rejimini silahla təmin edir.
Moskva Suriyada icarə etdiyi Tartus hərbi dəniz bazasını qorumaq istəyir.
Bundan əlavə, Rusiyanın Latakiyada hərbi hava bazasında da qüvvələri var.
Latakiya şiə ələvi prezident Əsədin vətəninin mərkəzidir.
2015-ci ilin sentyabrından Rusiya üsyançılara qarşı hava reydləri keçirməyə başlayıb.
Rusiya İD qruplaşması və "terrorçuların hamısına" zərbə endirdiyini bildirsə də, xəbərlərə görə, zərbələr Qərb tərəfindən dəstəklənən qruplara vurulub.
Vladimir Putinin təbirincə, münaqişəyə yalnız siyasi həll yolu ilə son qoymaq olar.
Həmçinin bax: <link type="page"><caption> Rusiya ictimai rəyi Suriya zərbələrini dəstəkləyir</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2015/10/151009_russian_syria_support" platform="highweb"/></link>
Oxu: <link type="page"><caption> Putin üçün Suriya sınağı</caption><url href="http://www.bbc.com/azeri/international/2015/10/151027_putin_syria_analysis_kendall" platform="highweb"/></link>
ABŞ

Prezident Əsədi qəddarlıqlarda ittiham edən ABŞ deyir ki, o getməlidir.
Lakin Vaşinqton razılaşır ki, müharibənin sonuna danışıqlar masası arxasında və keçid höküməti formalaşdırmaq yolu ilə nail olunmalıdır.
ABŞ Suriyada əsas müxalifət alyansı olan Milli Koalisiyanı dəstəkləyir və "mötədil" üsyançıalra yardım göstərir.
2014-cü ilin sentyabrından ABŞ Suriyada İD və digər cihadçı qruplara qarşı hava zərbələri həyata keçirir, lakin Əsəd qüvvələrinin bəhrələnə bilən hücumlardan və onların üsyançılarla döyüşlərinə qarışmaqdan vaz keçir.
Səudiyyə Ərəbistanı

Ər-Riyad hesab edir ki, prezident Əsəd münaqişənin həllində iştirak edə bilməz və səlahiyyətlərini keçid hökümətinə verməli və ya güc vasitəsilə devrilməlidir.
Səudiyyə bir neçə üsyançı qruplara hərbi və maliyyə yardımı göstərir və Suriya hökümət qüvvələrinin hava zərbələrindən əhalini xilas etmək üçün uçuşların qadağan olunduğu zonanın yaradılmasına çağırır.
2013-cü ildə Suriyada törədilmiş və məsuliyyəti Əsəd qüvvələrinin daşıdığı güman edilən kimyəvi hücumdan sonra Obama administrasiyasının məsələyə qarışmaması Ər-Riyadı qəzəbləndirmişdi.
Videoya baxın: <link type="page"><caption> Dəməşq yaxınlığında kimyəvi silah hücumları</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2013/08/130821_syria_chemical_attack" platform="highweb"/></link>
Sonradan Səudiyyə ABŞ-ın rəhbərlik etdiyi İD-ə qarşı hava reydləri kampaniyasına qoşulmağa razılıq verdi.
Turkiyə

Suriyada üsyan başlayandan Türkiyə höküməti Əsədi tənqid etməkdədir.
Prezident Recep Tayyip Erdogan deyib ki, "350,000 adamın ölümünə bais olan diktatorla" suriyalılar barışa bilməz.
Türkiyə Suriya müxalifətini dəstəkləyən əsas ölkədir və iki miyonadək qaçqına öz ərazisində sığınmağa yer verib.
Lakin İD-ə qoşulan xarici cihadçılar da Türkiyə ərazisindən istifadə edirlər.
2015-ci ilin iyulunda İD-nin bomba hücumundan sonra Türkiyə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya İD-ə qarşı öz hərbi aerodromlarından istifadə etmə icazə verib.
İran

Güman edildiyinə görə, İran prezident Əsədin dəstəklənməsinə hər il milyardlarla dollar xərcləyərək, rejimin köməyinə hərbi müşavirlər, silah-sürsat və maliyyə yardımı göndərir.
Əsəd Tehranın Ərəb aləmində ən yaxın müttəfiqidir, Suriyadan isə İran silahı və sürsatının Livandakı Hizbullah hərəkatına göndərilməsində tranzit ərazi kimi istifadə olunur.
İran və İraqdan gəlmiş silahlılar müqəddəs şiə məbədlərinin qorunmasını əsas götürərək Suriya qoşunları ilə çiyin-çiyinə döyüşürlər.
İran Suriyada müharibədən sülhə keçməyin yolunu azad seçki keçirməkdə görür.
İran BMT xəttilə Suriya problemilə bağlı danışıqlarda indiyədək iştirak etməsədə, gözlənildiyinə görə, yaxın zamanlarda həmin prosesə qoşula bilər.
Həmçinin oxu: İran Suriya müzakirələrinə qoşulur




