Macarıstan-Xorvatiya sərhədi bağlandıqdan sonra miqrantlar Sloveniyaya üz tutur

Sloveniyaya gələn miqrantların məqsədi Qərbi Avropaya yollanmaqdır.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Sloveniyaya gələn miqrantların məqsədi Qərbi Avropaya yollanmaqdır.

Macarıstan öz ərazisindən Qərbi Avropaya miqrant axınını dayandırmaq üçün Xorvatiya ilə sərhədini bağladıqdan sonra yüzlərlə miqrant Sloveniyaya gəlib.

Cümə günü Aİ ölkələri Yunanıstana miqrantların gəlməsinin qarşısının alınmasına yönələn addımları müzakirə edərkən vahid qüvvələrin təsis edilməsi barədə ortaq mövqeyə gələ bilməyiblər.

Macarıstan hökuməti bəyan edib ki, Xorvatiya ilə sərhəd "Macarıstan və Avropa vətəndaşlarını müdafiə etmək" üçün bağlanılıb.

Macarıstan hökuməti bəyan edib ki, sərhəd "Macarıstan və Avropa vətəndaşlarını müdafiə etmək" üçün bağlanılıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Macarıstan hökuməti bəyan edib ki, sərhəd "Macarıstan və Avropa vətəndaşlarını müdafiə etmək" üçün bağlanılıb.

Bu həftə qüvvəyə minən yeni qanuna əsasən Macarıstan ərazisinə qeyri-qanuni yolla daxil olan miqrantlar həbs edilə bilər.

Bu qanun Zakani kəndi yaxınlığında Xorvatiya ilə sərhədin bağlanılmasından əvvəl artıq Macarıstana keçən miqrantlara şamil edilmir, rəsmilər bildirir.

Xorvatiya höküməti bundan əvvəl ölkəyə gələn miqrantların Sloveniyaya yönləndiriləcəyini bildirmişdi.