Rusiya Suriyada hücumları artırır, NATO Türkiyəyə dəstək vəd edir

NATO-nun baş katibi Jens Stoltenberg alyans üzvlərinə dəstək vədini təkrarlayıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, NATO-nun baş katibi Jens Stoltenberg alyans üzvlərinə dəstək vədini təkrarlayıb.

NATO Suriya münaqişəsində Rusiyanın hərbi iştirakının artdığı bir vaxtda keçirilən görüşündə üzvlərinə hərbi dəstək barədə vədlərini təkrarlayıb. Bu barədə bəyanat Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə səslənib.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, nazirlər alyans qoşunlarının sürətli yerləşdirilməsi üçün çevik qüvvələrin sayını artırmaq qərarına gəliblər.

Müzakirələr alyans üzvü olan Türkiyənin hava məkanınının dəfələrlə Rusiya təyyarələri tərəfindən pozulmasından sonra baş tutur.

Görüşdə Türkiyə ilə həmrəy olduqlarını bildirən NATO nazirləri Rusiyanın şərqi Ukraynada iştirakından sonra NATO-nun Baltik üzvləri arasında artan narahatlığı da müzakirə ediblər.

Təhlilçilər bildirir ki, Rusiya Suriyada əsasən qeyri dəqiq silahlardan istifadə edir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Təhlilçilər bildirir ki, Rusiya Suriyada əsasən qeyri dəqiq silahlardan istifadə edir.

Britaniyanın Müdafiə Nazirliyi Estoniya, Litva və Latviyaya 100-dək əsgəri qüvvə göndəriləcəyini təsdiq edib.

Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqi Rusiya, İslam Dövləti və digər yaraqlı quruplaşmaları hədəflədiyini deyərək öz hava kampaniyasına bir həftə əvvəl başlayıb.

Rusiya uzaq mənzilli silahları ilə İD-ə aid olmayan hədəfləri vurduğunu inkar edir.

Çərşənbə günü Rusiya bildirib ki, Xəzərdə yerləşən hərbi gəmilərindən İD-ə <link type="page"><caption> raket zərbələrinə</caption><url href="http://www.bbc.com/azeri/international/2015/10/151007_russia_caspian_missiles_isis" platform="highweb"/></link> başlayıb.

Rusiyanın xarici işlər nazirliyi bildirib ki, Moskva İD "və digər terror qrupları" ilə mübarizəni müzakirə etmək üçün Qərbin dəstəklədiyi qiyamçı qrup Azad Suriya Ordusu ilə əlaqə yaratmağa hazırdır.

Amma bu gün NATO-nun iclasında iştirak edən ABŞ Müdafiə Katibi Ash Carter Suriyada İD-ə qarşı döyüşən koalisiya qüvvələrinin Rusiya ilə əməkdaşlıq etməyəcəyini bildirib.

"Biz hesab edirik ki, Rusiyanın strategiyası düzgün deyil. Onlar İD-ə aid olmayan hədəfləri vurmağa davam edirlər", - o deyib.

Hava məkanı pozuntuları

Rusiyanın Suriyadakı hava kampaniyası ötən il ərzində İD-i hədəfləyən ABŞ-ın rəhbərlik etdiyi koalisiya və Rusiyanın hərbi təyyarələri arasında təsadüfi təmas barəsində qorxuları artırıb.

Şəklin mənbəyi, AP

Pentaqon rəsmiləri ABŞ təyyarələrinin Suriya üzərində Rusiya aviasiyasına çox yaxınlaşmaması üçün azı bir təhlükəsiz manevr tətbiq etmək lazım olduğunu bildiriblər.

NATO bəyan edib ki, Türkiyə hava məkanının pozulması "təsadüf nəticəsində" baş vermiş hadisəyə <link type="page"><caption> bənzəmir</caption><url href="http://www.bbc.com/azeri/region/2015/10/151006_turkey_airspace_violation_nato " platform="highweb"/></link>.

Rusiya döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozmasının ardından, Rusiyanın Türkiyədəki səfiri üç dəfə Türkiyə xarici işlər nazirliyinə <link type="page"><caption> çağrılıb</caption><url href="http://www.bbc.com/azeri/region/2015/10/151005_turkey_demand_russia" platform="highweb"/></link>.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Kremlə xəbərdarlıq edib ki, "Türkiyəyə hücum, NATO-ya hücum deməkdir".