Miqrant ölümünə dair Macarıstanda məhkəmə keçirilir

Şübhəlilər qara polis maşınında gətirilib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şübhəlilər qara polis maşınında gətirilib

Avstriyadakı avtomobildə cəsədləri tapılmış 71 miqrantın ölümünə dair Macarıstanda dörd şübhəli şəxsin məhkəməsi başlayıb.

Üç bolqarıstanlı və bir əfqan, macar polisi tərəfindən həbs edilib. Avstriyanın onların ekstradisiyasını tələb edəcəyi gözlənilir.

59 kişi, səkkiz qadın və dörd uşaqdan ibarət miqrantın cəsədi cümə axşamı başsız buraxılmış yük maşınında tapılıb.

Onların əsasən suriyalı olduğu güman edilir. Rəsmilərin bildirdiyinə görə, onlar böyük ehtimalla iki gün əvvəl boğulmadan ölüblər.

Yük maşını Macarıstanla sərhədə yaxın, əsas yolun kənarında tapılıb.

Yol işçisi avtomobildən mayenin axdığını görüb, polisə xəbər edib və daha sonra isə maşının soyuducu bölməsində artıq iylənmiş cəsədlər aşkar edilib.

Polis avtomobilin Bolqarıstan-Macarıstan insan alveri şəbəkəsinin tərkibi olduğundan şübhələnir.

Həbs olunan şəxsləri ağırlaşdırılmış insan qaçaqçılığı ittihamları gözləyir.