Liviya sahilində miqrantların öldüyü güman edilir

Şəklin mənbəyi, BBC World Service
Liviyanın Zuwara şəhəri yaxınlığında 500-ə qədər miqrant daşıyan iki qayığın çevrilməsindən sonra yüzlərlə miqrantın öldüyü güman edilir.
Cümə axşamı ilk yardım istəyən qayıqda 50-ə yaxın sərnişin olub.
Bir qədər sonra batan ikinci qayıqda isə təxminən 400 nəfər olub.
Rəsmilər deyir ki, təxminən 201 nəfər Liviya sahil təhlükəsiyi nümayəndələri tərəfindən xilas edilib, amma çoxları da çevrilmiş qayığın altında qalıb.
Paytaxt Tripolinin qərbində, Sabrathada qeyri-qanuni miqrantlar üçün yaradılmış saxlanma mərkəzi 147 nəfər qəbul edib, rəsmilər Reutersə deyib.
Zuwarada isə ən azı 100 nəfər xəstəxanaya aparılıb, sakinlər BBC-ə deyib. Sakinlərin sözlərinə görə, qurbanlar Suriya, Banqladeş və Sahara səhrasında yerləşən bir neçə Afrika ölkəsindəndir. Bu məlumat müstəqil olaraq təsdiqlənməyib.
BMT bildirib ki, bu il Aralıq dənizini keçərək Avropaya gəlmək istəyən 2400 miqrant həyatını itirib.
100,000-dən çox miqrant İtaliyaya gəlib, 160,000-i isə Yunanıstandan Avropaya keçib.




