Yenə məktəb başlanır: sinif otağı ətrafında üç debat
- Müəllif, Valeria Perasso
- Vəzifə, BBC Dünya Xidməti, Sosial məsələlər müxbiri
Dünyanın əksər yerlərində, əsas etibarilə də dərc ilinin sentyabrda başlandığı Şimal yarımkürəsində indi məktəbə qayıdış çağıdır.
Məktəblərin strukturu, sinif otaqları və oyun meydançaları, tədris cədvəlinin sıxlığı müxtəlif ölkələrdə fərqli görünə bilər.
Lakin məktəblər barədə bəzi debatlar hər dərs ilinin əvvəlində eynidir.
Bu debatlardan üçünə diqqət yetirmişik. Hər bölümdə qeyd olunan məsələlər barədə oxumaq üçün yarımbaşlıqlara klikləyin.
1 → Məktəbli formaları: rahat yoxsa icbari?
Formanın səhərlər bəzək-düzəyə vaxt itirməmək kimi praktik faydasından başqa, bu elm libasının arxasında bütöv bir siyasət dünyası var.
<bold><link type="page"><caption> Məktəbli forması yaxşı bir şeydirmi?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_uniforms.shtml" platform="highweb"/></link></bold>

Şəklin mənbəyi, THINKSTOCK
2 → Kitablar, qaralamalar, tabletlər?
Dərsliklər uzun müddət hər bir şagirdin həyatının bir parçası olub. Lakin bir çox ölkələrdə bu dərsliklərlə yanaşı və ya onları sıxışdırıb çıxarmaqla müəllimin hər bir şagirdə əllə payladığı əyani vəsaitlər də işlədilir. Rəqəmli inqilab da başqa tərəfdən çap dərslikləri üçün təhlükəyə çevrilib. Mətnləri internetdən tabletlər və ya noutbuklar vasitəsilə çıxarmaq mümkündür. Əlbəttə internetə bağlı cəmiyyətlərdə.
<bold><link type="page"><caption> Yaxşı, bəs görəsən hansı yol düzgündür? Dərsliklər olmalıdır, ya yox?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_textbooks.shtml" platform="highweb"/></link></bold>

Şəklin mənbəyi, GETTY
3 → Boş vaxt: Nə qədər istirahət və nə qədər tapşırıq?
Səhər tezdən durmağı və sinif qaydalarını sevməyənlər üçün dərs ilinin başa çatması ən nəhayət sevincli bir andır. Amma bu, hamı üçün belə deyil. Şagirdin hansı ölkədə yaşamasından asılı olaraq onun dərs ili başqa həmyaşıdlarından 75 günədək uzun ola bilər.
Statistika göstərir ki, yüksək keyfiyyətli təhsil verən ölkələrin heç də hamısında dərs ili uzun deyildir.
<bold><link type="page"><caption> Amma neçə saat çox saatdır?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_homework.shtml" platform="highweb"/></link></bold>

Şəklin mənbəyi, GETTY




