Məktəbli formaları: rahat yoxsa icbari?

Çində məktəblilərin forması

Şəklin mənbəyi, GETTY

Şəklin alt yazısı, Çində məktəblilərin forması

Məktəbli forması adətən qırçınlı ətək və boz şalvarlar, köynəklər, qalstuk, pencək və beretlərdən ibarət olur.

Məktəbli formaları 16-cı əsrdən tətbiq edilir (İngiltərədə yaradılıb və kral 8-ci Henry-nin zəmanəsindən geniş miqyasda istifadə edilir) və şagirdlər bir qayda olaraq məktəb illərindən sonra bu formaları ya lağlağı, ya da şirin xatirə kimi yada salırlar.

Lakin formanın səhərlər bəzək-düzəyə vaxt itirməmək kimi praktik faydasından başqa, bu elm libasının arxasında bütöv bir siyasət dünyası var.

Fransada 1960-cı illərdən bəri məktəbli geyimi yoxdur. Bundan əlavə dövlət məktəblərində niqabların, baş örtüklərinin, çadra və bütün qalan dini atriburtların qadağanı var.

Almaniyada 2006-cı ildə bütün ölkə məktəbliləri üçün ümumi bir geyim təklifi hiddətə səbəb olub. Belə bir təklif almanların yadına nasist zəmanəsini salıb.

Məktəb forması, hicab

Şəklin mənbəyi, GETTY

Şəklin alt yazısı, Yəmən paytaxtı Sanaa: qızlar məktəbə belə geyimdə gedir

Latın Amerikasının bəzi yerlərində, məsələn Argentina və Meksikada yalnız özəl məktəblərin şagird formaları var. Oralarda bu, bir növ sosial statusun göstəricisinə çevrilib.

Burundidən Misir və Qanayadək bütün Afrika məktəblərinin əksəriyyətində isə şagird formaları icbaridir. Bu ölkələrdə hökumətlər 2013-cü ildən şagirdlərə pulsuz məktəbli forması verir. Asiyada da əsasən müstəmləkəçilik dövründən geyinilən məktəbli formaları norma sayılır.

Lakin məktəbli forması yaxşı bir şeydirmi?

Bir çoxları inanırlar ki, sərt geyim məcəlləsi ailələrin zəngin-yoxsulluğundan asılı olmayaraq, uşaqları sosial status baxımından bərabər edir.

Formalar həm də məktəblə fəxr etmək predmetinə çevrilməklə yanaşı dərsə davamiyyəti yaxşılaşdırır. O, nizam-intizamın mövcudluğunu ən yaxşı göstərən vasitədir.

Bir başqaları isə, əksinə inanırlar ki, forma şəxsin fərdiyyətini buxovlayır və hətta ifadə azadlığını əngəlləyir. Onlar deyirlər ki, məktəb formaları özlüyündə pis davranışın və sosial bərabərsizliyin qarşısını almır.

Bəziləri isə deyirlər ki, belə formaların üzü astarından, xeyri ziyanından baha başa gəlir. Forma sosial bərabərsizliyi aradan qaldırmaq naminə yoxsul ailələrin çiyinlərinə əlavə yük qoymuş olur.

Həmçinin oxuyun:

<italic><link type="page"><caption> Məktəblilərin boş vaxtı: Nə qədər istirahət və nə qədər tapşırıq?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_homework.shtml" platform="highweb"/></link></italic>

<italic><link type="page"><caption> Kitablar, qaralamalar və tabletlər: hansı yaxşıdır?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_textbooks.shtml" platform="highweb"/></link></italic>