Kitablar, qaralamalar və tabletlər: hansı yaxşıdır?

Şəklin mənbəyi, GETTY
Unutmayın ki, sizin məktəbli çantanız tədris planının bütün il üçün nəzərdə tutduğu fənlərə aid kitablardan belə ağırdır.
Dərsliklər uzun müddət hər bir şagirdin həyatının bir parçası olub. Lakin bir çox ölkələrdə bu dərsliklərlə yanaşı və ya onları sıxışdırıb çıxarmaqla müəllimin hər bir şagirdə əllə payladığı əyani vəsaitlər də işlədilir. Bu vərəqlərin üzərində işləmək olar, buna görə də onların başqa bir adı da qaralamadır.
Rəqəmli inqilab da başqa tərəfdən çap dərslikləri üçün təhlükəyə çevrilib. Mətnləri internetdən tabletlər və ya noutbuklar vasitəsilə çıxarmaq mümkündür. Əlbəttə internetə bağlı cəmiyyətlərdə.
Lakin bilik nailiyyətlərinin kitablardan nə dərəcədə asılı olduğu barədə sual hələlik cavabsız qalıb.

Şəklin mənbəyi, GETTY
Məsələn, elə Britaniyanı götürək. Burada müəllimlər dərsliklərdən daha çox özlərinin hazırladıqları əyani vəsaitlərə üstünlük verirlər. Lakin 2004-cü ildə Britaniya məktəblərinə tapşırıldı ki, dərsliklərdən icbari qaydada istifadə etsinlər. Hökumət narahat idi ki, britaniyalı şagirdlər başqa ölkələrdəki, xüsusilə də Uzaq Şərqdəki həmyaşıdlarından geri qala bilərlər.
Lakin son vaxtlarda hökumətin baş təhsil müşaviri deyib ki, dərsliklər qarşıdan gələn 5 ildə ümumiyyətlə ləğv olunacaq, beləki rəqəmli vasitələr, yazılan kitabların mürəkkəbi qurumadan onları köhnəltmiş olur.
Yaxşı, bəs görəsən hansı yol düzgündür? Dərsliklər olmalıdır, ya yox?
Kembric Universitetinin Cambridge agentliyindən Tim Oates-un apardığı tədqiqatın nəticələrinə görə beynəlxalq testlərdə qalib gələn ölkələrin hamısında dərsliklərdən əsas təlimat kitabları kimi istifadə olunur.
Cənubi Koreya və Finlandiya şagirdlərin dərsliklə təminatına görə dünyada birinci yeri tuturlar. Bu ölkələrdə şagirdlərin 95 faizi kitabla təmin edilir. Cənubi Koreya və Finlandiya Beynəlxalq Tələbə Qiymətləndirilməsi Proqramında (International Student Assessment Program - PISA) müvafiq olaraq 5 və 6-cı yerləri qazanıb. PISA hesabatında müxtəlif ölkələrdə 15 yaşlı məktəblilərin bilik göstəriciləri yoxlanır.

Şəklin mənbəyi, GETTY
Digər tərəfdən isə UNESCO Cənubi Afrika Respublikasındakı dərslik qıtlığı barıədə həyəcan təbili çalır. Orada səkkiz uşaq dərsi eyni kitabdan oxuyur. Kamerunda isə hər 12 uşağa bir dərslik düşür.
Ənənəvi çaplı və cildli kitabların tərəfdarları deyirlər ki, dərsliklərlə işləmək məktəb pullarına və müəllimlərin vaxtına qənaət üçün əvəzsiz bir vasitədir. Dərsliklər olduqda müəllim sadəcə olaraq tədris planına riayət edir və canı hər dərs üçün əyani vəsait hazırlamaqdan qurtarır.
Onlar həmçinin iddia edirlər ki, kitablar texnologiyaların baha və internetə çıxışın zəif ölkələrdə yeganə mümkün vasitədir.
Lakin "antidərslik" cəbhəsi bildirir ki, kitablardan istifadə valideynlərin üzərinə əlavə iqtisadi yük olur. Axı kitablar pulsuz deyil. Bundan əlavə kitablar "kütləvi" xarakter daşıdığından onlardan sinfidəki bütün şagirdlərin eyni sürətlə öyrənməsi mümkün olmur.
Onlar həmçinin qeyd edirlər ki, müasir zəmanədə dərslik kitabları bugünkü uşaqların işlətdikləri tabletlərə qarşı rəqabətə tab gətirə bilməz.
Həmçinin oxuyun:
<italic><link type="page"><caption> Məktəbli formaları: rahat yoxsa icbari?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_uniforms" platform="highweb"/></link></italic>
<italic><link type="page"><caption> Məktəblilərin boş vaxtı: Nə qədər istirahət və nə qədər tapşırıq?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_homework.shtml" platform="highweb"/></link> </italic>




