Məktəblilərin boş vaxtı: Nə qədər istirahət və nə qədər tapşırıq?

Şəklin mənbəyi, GETTY
Səhər tezdən durmağı və sinif qaydalarını sevməyənlər üçün dərs ilinin başa çatması ən nəhayət sevincli bir andır. Amma bu, hamı üçün belə deyil.
Şagirdin hansı ölkədə yaşamasından asılı olaraq onun dərs ili başqa həmyaşıdlarından 75 günədək uzun ola bilər.
Çin dünyada ən uzun dərs ili olan ölkələrdən biridir. Burada dərslər 260 gün davam edir. Yaponiyada dərs ilinin uzunluğu 243, Koreyada isə 220 gündür.
İsraildə, Almaniya, Rusiya və Zimbabvedə ildə 210 dərs günü var, amma Kosta Rika, Boliviya və Cənubi Afrika ən qısa dərc ilinə (180 və ya daha az) malikdirlər.
Fransa da uşaqlara bir az artıq tətil müddəti ayırmağa və bir hökumət rəsmisinin dediyi kimi, “uşaqların sinflərdə yanıb külə dönməsinin” qarşısını almağa çalışır.
Bununla belə, təqvim aldadıcı ola bilər: Fransa Qərb yarımkürəsində ən uzun dərs ilinə malik ölkələrdən biridir. Beləki, uşaqların məktəblərə getdikləri günlərin sayı az olsa da, orada keçirdikləri saatlar daha çoxdur. Bu, düz 8 saatlıq iş günüdür!
Amma neçə saat çox saatdır?
Statistika göstərir ki, yüksək keyfiyyətli təhsil verən ölkələrin heç də hamısında dərs ili uzun deyildir.

Şəklin mənbəyi, GETTY
İngiltərə Təhsil İdarəsinin verdiyi məlumata görə şagirdlərə yüksək biliklər verən Finlandiyada icbari dərs saatlarının ümumi sayı orta reytinqli Fransada olduğundan 30 faiz azdır.
Gündəlik əsasda bəzi ölkələrdə dərs gününün uzunluğu digərlərinkindən daha çoxdur. Braziliya və Keniyada dərslər səhər saat 7-də, amma məsələn, Avstraliyada 9.30-da başlanır.
Daha bir həngamə də ev tapşırığıdır. Məktəb işlərinə evdə də vaxt sərf edilməsinın faydalı olub-olmaması, yoxsa uşaqlara dərsdən sonra oyun vaxtı və istirahət verilməsinin zəruriliyi barədə debatlar da kəsilmək bilmir.
ABŞ-dakı Braun Universitetinin bu yaxınlarda apardığı tədqiqat göstərib ki, ümumiyyətlə, beynəlxalq miqyasda azyaşlı uşaqlar maarifçilərin tövsiyə etdiyindən daha çox yüklənirlər.
Tədqiqatçılar hesablayıblar ki, hər məktəb ilində şagirdin ev tapşırığı yükü 10 dəqiqə artırılmalıdır ki, o üçüncü sinfə çatanda 30 dəqiqə, 6-cı sinifdə isə 1 saatlıq ev tapşırığı ilə yüklənmiş olsun.

Şəklin mənbəyi, BBC World Service
Belə bir təklifə Şərqi Avropa və Uzaq Şərqdəki valideynlər yalnız təəccüblənərdilər. Bu onların uşaqlarına verilən tapşırığın yalnız dörddə biridir.
Bəzi valideynlər üçün bu tədqiqatın nəticələri göydəndüşmə ola bilər: tədqiqat göstərib ki, ev tapşırıqları, hazırlıqsız və ya səriştəsiz valideynlər üçün stres yaradır.
Həmçinin oxuyun:
<italic><link type="page"><caption> Məktəbli formaları: rahat yoxsa icbari?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_uniforms" platform="highweb"/></link></italic>
<italic><link type="page"><caption> Kitablar, qaralamalar və tabletlər: hansı yaxşıdır?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150825_school_textbooks.shtml" platform="highweb"/></link> </italic>




