Qlobal məktəb reytinqində Asiya liderdir

Şəklin mənbəyi, PA

Dünyanın indiyədək keçirilmiş ən böyük məktəb reytinqində Asiya ölkələri ilk beşi yeri, Afrika ölkələri isə son pillələri bölüşüblər.

Cədvələ Sinqapur başçılıq edir, onun ardınca Honq Konq gəlir. Cədvəldə sonuncu ölkə isə Qanadır.

Böyük Britaniya 20-ci yerdə, yaxşı nailiyyətlər əldə etmiş Avropa ölkələrinin arasındadır. ABŞ 28-ci yeri tutub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhlil mərkəzi bildirib ki, cədvəl təhsillə iqtisadi artım arasındakı bağlılığı göstərib.

Cədvələ başçılıq edən Sinqapur 1960-cı illərdə ən savadsız ölkələrdən biri olub.

Əfqanıstan kimi bəzi ölkə haqqında reytinqlə bağlı məlumat verilməyib.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Əfqanıstan kimi bəzi ölkə haqqında reytinqlə bağlı məlumat verilməyib.

İndiyədək belə reytinqlər yalnız OECD-nin Pisa test proqramı ilə yalnız sənayeləşmiş ölkələr üçün keçirilib.

Hazırkı reytinq isə 76 ölkəni əhatə edir və buraya İran, Cənubi Afrika, Peru və Tayland kimi ölkələr daxildir.

Cədvəl Birləşmiş Ştatlarda təhsilin Avropadan geridə olduğunu nümayiş etdirir.

OECD nümayəndəsi Andreas Schleicher təhsildə tərəqqinin miyasının ilk dəfə nümayiş etdirildiyini deyir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, OECD nümayəndəsi Andreas Schleicher təhsildə tərəqqinin miyasının ilk dəfə nümayiş etdirildiyini deyir.

Ölkələr riyaziyyat və elm fənləri üzrə

1. Sinqapur 2. Honq Konq 3. Cənubi Koreya 4. Yaponiya (birgə) 4. Tayvan (birgə) 6. Finlandiya 7. Estoniya 8. İsveçrə 9. Hollandiya 10. Kanada 11. Polşa 12. Vyetnam 13. Almaniya 14. Avstraliya 15. İrlandiya 16. Belçika 17. Yeni Zelandiya 18. Sloveniya 19. Avstriya 20. Birləşmiş Krallıq 21. Çexiya Respublikası 22. Danimarka 23. Fransa 24. Latviya 25. Norveç 26. Lüksemburq 27. İspaniya 28. İtaliya (birgə) 28. Birləşmiş Ştatlar (birgə) 30. Portuqaliya 31. Litva 32. Macarıstan 33. İslandiya 34. Rusiya 35. İsveç 36. Xorvatiya 37. Slovakiya Respublikası 38. Ukrayna 39. İsrail 40. Yunanıstan 41. Türkiyə 42. Serbiya 43. Bulgaria 44. Rumıniya 45. BƏƏ 46. Kipr 47. Thayland 48. Chili 49. Qazaxıstan 50. Ermənistan 51. İran 52. Malaysiya 53. Kosta Rika 54. Meksika 55. Uruqvay 56. Çernoqoriya 57. Bahreyn 58. Livan 59. Gürcüstan 60. Braziliya 61. İordaniya 62. Argentina 63. Albaniya 64. Tunis 65. Makedoniya 66. Səudiyyə Ərəbistanı 67. Kolumbiya 68. Qətər 69. İndonesiya 70. Botsvana 71. Peru 72. Oman 73. Mərakeş 74. Honduras 75. Cənubi Afrika 76. Qana

Nəticələr gələn həftə Cənubi Koreyada keçiriləcək Dünya Təhsil Forumunda rəsmən açıqlanacaq.

Bu forumda Birləşmiş Millətlər Təşkilatı qlobal təhsilin 2030-cu ilədək hədəflərini müzakirə edəcək.

OECD tərəfindən buraxılmış və Stanford Universitetindən Eric Hanushek və Münhen Universitetindən Ludger Woessmann tərəfindən yazılmış hesabatda deyilir ki, təhsilin yüksək göstəriciləri aid olduğu ölkənin uzun perspektivdə varlana biləcəyinin proqnozu ola bilər.