Hindistan: minlərlə insan kütləvi yoqa mərasimində iştirak edib

Hindistanın baş naziri Narendra Modi paytaxt Dehlidə minlərlə insanın iştirakı ilə keçirilmiş kütləvi yoqa proqramına başçılıq edib.

Bu, ilk Beynəlxalq Yoqa Günü mərasimidir.

Cənab Modi 35000 nəfərlik məktəbli, rəsmi işçi və əsgərlə birgə bədən və nəfəs hərəkətlərini həyata keçirib.

Bazar günü səhər həyata keçirilmiş tədbir, minlərlə polisin nəzarətilə baş tutub.

Hindistanın digər şəhər və qəsəbələrində həyata keçirilmiş oxşar tədbirlərdə də milyonlarla insanın iştirak etdiyi bildirilir.

Yoqa həvəskarı olan cənab Modi hər gün bu qədim hind təlimi ilə məşğul olduğunu deyir.

Dehlidə keçirilmiş kütləvi yoqa təlimlərində baş nazir Narendra Modi başda olmaqla minlərlə insan iştirak edib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Dehlidə keçirilmiş kütləvi yoqa təlimlərində baş nazir Narendra Modi başda olmaqla minlərlə insan iştirak edib

O, BMT-dən 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsini istəyib.

Əsas tədbirin keçirildiyi Kral Xiyabanında minlərlə rəngarəng döşəklər sərilib.

Bundan əvvəl isə rəsmilər bildirmişdi ki, baş nazir tədbirdə iştirak edəcək, toplaşanlara müraciət edəcək, lakin yoqa ilə məşğul olmayacaq.

Lakin cənab Modi təlimlərdə iştirak etməklə toplaşanları təəccübləndirib.