Hindistan: zəhərli alkoqoldan ölənlərin sayı 53-ə çatıb

bistanın Mumbay şəhərində zəhərli spirtli içkidən ən azı 53 nəfər ölüb, yerli polis bildirir.

Məlumata görə, Malad bölgəsində yerləşən gecəqondu sakinləri çərşənbə günü spirtli içkinin ardından özlərini piss hiss etməyə başlayıblar.

Zəhərlənmişlərin hospitalda müalicəsi davam edir. Ölənlərin sayı arta bilər.

Hindistanda spirtli içkidən zəhərlənmə müntəzəm hal alıb, insanlar tez-tez ucuz alkoqol içirlər.

Son baş verən hadisəyə görə bir şübhəli şəxs saxlanılıb.

Spirtli içki qurbanlarından birinin arvadı, Tayra Xan, “Mid-Day” qəzetinə bildirib ki, əri, cümə axşamının səhəri hospitala yerləşdirilib. O, “qusmadan və mədəsindəki ağrıdan şikayət edib”.

“O, üç saat sonra vəfat etdi, məni və üç balaca uşağımı başsız buraxdı”.

Yanvar ayında Hindistanın Uttar Pradeş ştatında zəhərli spirtli içkidən ən azı 29 nəfər həlak olmuşdu.

Keçmişdə Hindistanda bir sıra digər toksik spirtli içkidən ölüm halları baş verib:

  • 2011-ci ildə Şərqi Benqal ştatında təxminən 170 nəfər həlak olmuşdu
  • 2009-cu ilin sentyabr ayında Uttar Pradeşdə ən azı 30 nəfər ölmüşdü
  • 2009-cu ilin iyul ayında Qucaratda 100 nəfərdən çox adam ölmüşdü