Hindistan: 500 nəfər isti havanın qurbanı olub

Şəklin mənbəyi, AP
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 500-dən çox insan dəhşətli istilərdən ölüb.
Allahabad şəhərində havanın temperaturu 48 dərəcəyə çatır.
Hökumət adamlara mümkün qədər çox su içməyi və kölgədən çıxmamağı tövsiyə edir.
Kəlküttə şəhərində bir taksi sürücüsü istidən vəfat edib. Bununla əlaqədar şəhərin taksi parkları isti havalarda işləməmək qərarına gəlib.
Hindistanın Səhiyyə Nazirliyindən bidiriblər ki, builki istilərin tələfat göstəriciləri 2010-cu ildə baş vermiş ölüm hadisələrini geridə qoyub.
Belə isti havanın həftənin sonunadək davam edəcəyi gözlənilir.
