İstilərdən qurtulmağın 8 üsulu

İyul ayı Britaniyada olduqca isti keçir. Çoxları buna sevinsə də, isti havadan əziyyət çəkənlərin də sayı az deyil.
Dözülməz istilərə necə tab gətirmək olar?
İsti havada sərinləməyin sadə və tez başa gələn yolları mövcuddur.
Britaniyalı alimlər bu üsullardan nisbətən daha sadə görünən 8-ni hamıya məsləhə görürlər.
Paltara su çiləmək
"Mənim üçün qızmar havada bayıra çıxmağın ən sadə üsulu paltarı islatmaqdır", Cambridge Universitetinin fizika alimi Lisa Jardine-Wright deyir.
Suyun buxarlanması, yəni maye vəziyyətindən qaz vəziyyətinə keçməsi enerji tələb edir. Bu enerjini insan bədəni təmin edir. Nəticədə suyun buxarlanması temperaturun enməsinə gətirib çıxarır. Sərinləmə effekti yaranır.
Əgər siz ventilyatordan istifadə edirsinizsə, onun yaratdığı yel dərinizin səthindən buxarlanmanı sürətləndirir və siz sərinləyirsiniz.
"Fransada velosiped sürəndə havanın temperaturu 40C dərəcədən yuxarı idi. Mən sadəcə maykamı suya salıb çıxardım və bayıra çıxdım. Lakin bu üsul bir qədər ekstremal görünə bilər”, Jardine-Wright qeyd edir. "Buxarlanma ilə müşayət edilən istənilən prosses sizin bədəninizin temperaturunun aşağı düşməsinə səbəb olacaq"
Əllərinizi soyuq suya salın
Əlləri soyuq suya salmaq sərinlənməyə kömək edir, Portsmouth Universitenin insan psixologiyası üzrə professoru Mike Tipton deyir.
Bədənin temperaturu artanda qan daha çox daxili orqanlardan dərialtı kapilyarlara tərəf istiqmətlənir, o cümlərdən, əl ovucundakı kapilyarlara.
"Bu zaman iki əlinizi də suya salsanız, hərarətin alınmasına kömək edərsiniz", Tipton deyir.

"Bədənin temperaturu normal səviyyəyə düşəndə, qan dövranı da yavaşıyır, qan sanki soyuyur - insan özünü daha rahat hiss etməyə başlayır."
Ventilyatoru pəncərəyə yaxın işlətmək
Pəncərələri bağlı otaqda ventilyatorun işləməsi havanın daha yaxşı dövriyyəsini təmin edir.
Lakin daha effektiv yol cihazı açıq pəncərinin yaxınlığında yerləşdirməkdir, Jardine-Wright deyir.
Onun təbirincə, bu, bayırdan daha sərin havanın içəriyə çəkilməsinə kömək edir.
"Pəncərə açıq olanda ventilyator bayırdan içəriyə soyuq hava çəkir, pəncərə bağlı olanda isə yalnız içəridəki hava dövriyyə olunur".
İstiotlu yeməklər yemək

İstiotlu yeməklər, o cümlədən, Hind mətbəxi yeməklərini yemək, nə qədər təəccüblü məsləhət kimi görünsə də, sərinləməyə kömək edə bilir.
"İstiotlu yeməklər sərinləmə gətitir", Tipton deyir.
İstiotlu yeməklərdə tərləməni gücləndirən kapsaitsin maddəsi var.
"Tərləməni gücləndirən istənilən amil son nəticədə sərinləməyə və bədənin hərarətinin enməsinə səbəb olur”, Tipton qeyd edir.
"Tər buxarlandıqca sərinlik hissi yaranır"
Bədəvi paltarı

Belə bir təssəvvür geniş yayılıb kı, açıq rəngli paltar sərin saxlayır.
Amma bu heç də mütləq deyil ki, paltar açıq rənqli olsun. Bədəvi tayfalarının həyat tərzinin öyrənilməsi aşkar edib ki, paltarın rənginin bədənin temperaturuna təsiri elə də böyük deyil.
"Ağ rəngli paltar daha çox işıq əks etdirib-qaytarırsa, qara rəngli paltar daha çox istilik ötürür", Jardine-Wright deyir.
Bununla belə, o, deyir ki, bədəvilərin ənənəvi geyimi kimi, paltarın gen-bolluğu, bədənə bitişməməsi, boş olması sərinləməyə kömək edir.
"Əgər dərilə paltar arasında hava hərəkət edə bilirsə, bu, tərin buraxlanmasına kömək edir və siz sərinlik hiss edirsiniz”.
İlıq duş

Soyuq üşüdücü duşun qəbul edilməsi bədənin hərarətinin aşağı salınmasının ən qısa və tez başa gələn yolu kimi görünə bilər.
Lakin soyuq duş altına düşən insan orqanizmi istiliyi saxlamağa çalışır.
"Bədənin temperatu qızanda soyuq duş altına girmək qan dövranını məhdudlaşdırır və bədənin istiliyinin çıxmasının yollarını qapadır", Tipton deyir.
Bu səbəbdən də misal üçün 20C temperaturda olan su altında duş qəbul etmək 10C dərəcədə olan suyun altında duş qəbul etməkdən daha yaxşıdır.
"Bu səbəbdən də suyun temperaturu elə seçilməlidir ki, bədəni soyutmaq üçün kifayət qədər sərin olsun, eyni zamanda qanın dəri kapillyarlarına işləməsi üçün də kifayət qədər ilıq olmalıdır."
Şaquli açılan pəncərə

Şaquli açılan pəncərələr çərçivənin yuxarı və aşağı hissələrində bayıra aralar yaratmağa imkan verir. Pəncərə çərçivəsinin yuxarı və aşağı hissəsinin açıq olması təbii ventilyasiya durumu yaradır.
Bu system bayırdakı sərin hava kütləsini pəncərənin aşağısından içəriyə çəkir. İçəridəki isti hava isə pəncərənin yuxarı hissəsındən bayıra çıxır.
Eyni prinsip 2 mərtəbəli evlərdə də tətbiq olunur, deyir Jardine-Wright.
"İstilər düşəndə evin içində belə sirkulyasiya yaratmaq yaxşıdır", alim məsləhət görür.
“Yuxarı və aşağı mərtəbələrdəki pəncərələri açmaqla evin içindəki havanın dövranını yaxşılaşdırmaq və evi sərinləşdurmək mümkündür".
Üznüzü sərinlədin

Əgər ventilyatordan istifadə edirsinizsə, ventilyatorun qovduğu havanı üzünüzə istiqamətləndirin, Tipton deyir.
İnsan sifətində çoxlu sayda reseptorlar yerləşdiyindən, üzü sərinləşdirəndə, bu, rahatlıq effekti yaradır”, tədqiqatçı qeyd edir.
"Hətta sizin bütün bədəniniz sərinləməsə belə, üzün sərinləşməsi sərinlik hissi yaradır”.
Eyni zamanda o qeyd edir ki, çoxları bəzən bu məsələdə səhv də buraxır. Misal üçün əl sərinkeşindən o dərəcədə güclə istifadə edirlərlər ki, nəticədə sərinləmə effekti yaratmaq əvəzinə bədəni daha da istidirlər.




