Hindistanda isti havanın qurbanları çoxalır

Şəklin mənbəyi, BBC World Service
Hindistanda davam edən dəhşətli istilər nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb, bəzi ərazilərdə havanın tempraturu 50 dərəcəyə çatıb.
Ən çox ölüm sayı cənubi ştatlar olan Telangana və Andhra Pradeshdə qeydə alınıb ki, burada ötən həftədən bəri 1118 nəfər həyatını itirib.
Qərbi Benqal və Orissada isə 24 nəfər isti havanın qurbanı olub.
Dövlət orqanları televiziya və digər medialar vasitəsilə əhaliyə papaqsız gəzməməyi və çoxlu su içməyi tövsiyyə edib.
