FİFA-dan mənbə: Sepp Blatter istefa vermək fikrindən daşına bilər

Şəklin mənbəyi, AFP
Sepp Blatter FIFA prezidentliyinə növbədənkənar seçkilərdə namizədliyini irəli sürəcəyini istisna etmir.
Bu barədə BBC-ə onun çevrəsindəki mənbə xəbər verib.
İyunun 2-də 79 yaşlı isveçrəli FİFA konqresi tərəfindən bu təşkilatın prezidenti vəzifəsinə beşinci müddətə seçildikdən cəmi 2 gün sonra bəyan etdi ki, qurumun yeni rəhbəri seçiləndən sonra vəzifəsindən gedəcək.
Növbədənkənar seçkilərin bu ilin dekabrın ortalarında keçiriləcəyigözlənilir.
Blatterə yaxın mənbənin BBC-ə verdiyi məlumata əsasən, uyğun namizəd tapılmadığı halda Blatter FİFA konqresi nümayəndələrinə yenidən özünün seçilməsi təşəbbüsünü təklif edə bilər.
"Heç bir variantı istisna etmək olmaz", mənbə vurğulayıb.
Yaxın günlərdə FİFA prezidenti bir sıra görüşlər keçirmək niyyətindədir.
Həmin görüşlər gedişində Sepp Blatter onun bu qurum tərəfindən kifayət qədər dəstəklənməsinin dərəcəsini dəyərləndirməlidir.
Həmin görüşlərin nəticəsindən asılı olaraq Blatter bu təşkilatın korrupsiya qalmaqalı ilə üzləşdiyinə baxmayaraq FİFA prezidentliyində qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirməlidir.






