Ukrayna qoşunları rusiyapərəst üsyançılar tərəfindən atəşə tutulub

pro-russian

Şəklin mənbəyi, Getty

Rusiyapərəst üsyançılar atəşkəs razılaşmasını pozaraq Ukrayna qoşunlarının Mariupol şəhərindəki mövqelərini atəşə tutublar, BBC xəbər verir.

Ağır atəşə məruz qalarkən müxbirimiz Ukrayna qoşunları ilə birgə olub. Hadisə beynəlxalq müşahidəçilərdən ibarət qrupun bölgəni tərk etməsinin ardından baş verib.

Bundan öncə ABŞ, Rusiyanı bölgəyə daha çox qoşun göndərməkdə ittiham etmişdi. Moskva isə hər hansı bir iştirakını rədd edir.

İki tərəf arasında atəşkəs fevral ayında pozulub.

Lakin iki ukraynalı əsgər BBC müxbiri Tom Burridge-ə bildirib ki, Ukrayna qüvvələri ilə rusiyapərəst üsyançıların Minskdə imzaladığı razılaşmaya baxmayaraq, döyüşlər davam edib.