ABŞ: Rusiya Ukraynanın şərqində HHM sistemləri yerləşdirir

Şəklin mənbəyi, AFP
Birləşmiş Ştatlar Rusiyanı Ukraynanın şərqindəki tanınmamış Donetsk və Luhansk “xalq respublikaları” ərazisində hava hücumundan müdafiə (HHM) sistemləri yaratmaqda günahlandırıb.
“Rusiya qoşunları və separatçı qüvvələr fevralın ortalarında Minskdə imzalanmış sülh razılaşmalarının şərtlərini pozmaqda davam edirlər”, - ABŞ Dövlət Departamentinin nümayəndəsi Marie Harf bəyan edib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri DXR və LXR silahlı tərəfdarlarının hazırlığı ilə məşğul olur – onları pilotsuz təyyarələrdən istifadə etməyə oyrədirlər.
Ukrayna hakimiyyəti və Qərb ölkələri Rusiyanı tanınmamış DXR və LXR tərəfdarlarına hərbi yardım göstərməkdə və Donbasda münaqişədə birbaşa iştirak etməkdə ittiham edirlər.
“Rusiya hərbçiləri Ukrayna şərqinə əlavə HHM sistemləri aparıb və bəzilərini cəbhə xətti yaxınlığında yerləşdirib”, - Dövlət Departamentinin mətbuat katibi deyib.
“Biz ötən ilin avqustundan bəri Ukrayna şərqində Rusiya HHM sistemlərinin ən böyük cəmləşməsini müşahidə edirik”, - o qeyd edib.
“Rusiyanın iştirakına şübhə yoxdur”
Marie Harf həmçinin bildirib ki, “Rusiya qoşunları və separatçı qüvvələri” – Minsk razılaşmalarına rəğmən – bütün artilleriya və raket qurğularının bufer zonasından geri çəkməyiblər, DXR və LXR qüvvələrinin keçdiyi “daha mürəkkəb hərbi hazırlıq xarakteri” isə “Rusiyanın iştirakında şübhələnməyə əsas vermir”.

Şəklin mənbəyi, Getty
Vaşinqton həmçinin Rusiya qoşunlarının Donbasla sərhəddə cəmləşdiyi barədə bəyan edib.
Bu həftənin əvvəlində Ukrayna Milli Qvardiyası döyüşçüləri ilə birgə təlimlərdə iştirak etmək üçün Ukraynaya <link type="page"><caption> 300 amerika desantçısı gəlib</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/04/150420_us_ukr_training" platform="highweb"/></link>.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bu addımın “heç də münaqişənin tənzimlənməsinə xidmət etmir”.
BMT-nin rəqəmlərinə əsasən, ötən ilin aprel ayından Ukraynanın şərqində döyüş əməliyyatları nəticəsində 6 mindən çox adam həlak olub.
Son həftələr ərzində ATƏT müşahidəçiləri müntəzəm olaraq istər DXR və LXR silahlı tərəfdarları, istərsə Ukrayna ordusu tərəfindən atəşkəsin pozulduğunu bildiriblər.




