ABŞ desantçıları Ukrayna ordusunun təliminə başladılar

Şəklin mənbəyi, Reuters
ABŞ Hərbi Hava Qüvvələri 173-cü briqadasının 300 desantçısı Lvov vilayətində Ukrayna hərbçilərinin təlimləndirilməsinə başlayıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə “Qorxmaz müdafiəçi” kod adlı təlimlər, təntənəli mərasimlə başlayıb.
Kremldə hesab edirlər ki, ABŞ hərbi təlimatçılarının Ukrayanaya səfəri münaqişənin həllinə xidmət etmir.
Bundan əvvəl, mart ayında Ukrayna ordusuna təlim vermək üçün Britaniya hərbçiləri gəlmişdilər.
Ötən həftə xəbər verilib ki, tezliklə Kanada hərbiyyəsi də Ukraynaya 200 hərbi müşavir göndərəcək.
