Bu il Aralıq dənizində batan miqrantların sayı 30 min ola bilər

Şəklin mənbəyi, Reuters
Aralıq Dənizini keçərək Avropaya gəlməyə çalışarkən ölən miqrantların sayı bu il 30 mini keçə bilər, Beynəlxalq Miqrasiya Təşkilatı deyir.
2015-ci ildə ölümlərin sayı ötən illə müqayisədə 30 dəfə çox olub, təşkilat bildirir.
Bundan öncə, Aralıq dənizinin Liviyaya aid sahəsində aşmış miqrantlarla dolu qayığın tunisli kapitanına qarşı ittiham irəli sürülüb.
İtaliya rəsmilərinə əsasən, gəmi kapitanı çoxsaylı insan ölümü ilə nəticələnmiş səhlənkarlıqda təqsirli bilinib.
Kapitan və daha bir gəmi heyəti üzvü qanunsuz miqrasiyaya şərait yaratmaqda ittiham olunublar.
Onlar bazar ertəsi qəzadan sağ çıxan və Siciliyaya gəlmiş 27 nəfər arasında olublar.
Bu il Aralıq dənizini keçərkən suda boğularaq ölən miqrantların sayı 30 min nəfərə yaxınlaşıb.
Bazar günü, aprelin 19-da Aralıq dənizində miqrantlarla dolu qayığın aşması nəticəsində 800-ə yaxın insan dənizdə bataraq həlak olub.

Şəklin mənbəyi, BBC World Service
BMT qaçqınlar agentliyi bu nəticəyə faciədən sağ çıxanları sorğu-sual etdikdən sonra gəlib.
Bundan əvvəl həmin faciədə 700-ə yaxın insanın öldüyü güman olunurdu.
"Qayıqda 800-dən çox adam olub, onların arasında 10-12 yaşı olan uşaqlar da olubmuş", qaçqınlar üzrə BMT Ali Komissarı Carlotta Sami bildirib.
BMT rəsmisinin sözlərinə görə batan qayıqda Suriya, Eritreya və Somalidən qaçqınlar olub.
Ötən gün qaçqınları daşıyan daha bir qayıq Yunanıstanın Rhodes adası yaxınlığında dayazlığa oturub.
BBC-nin əldə etdiyi məlumata əsasən, qayığı idarə edən iki şəxs prokurorluğa aparılıb.
Suriyalı olan həmin iki şəxs, düşünüldüyünə görə, qayığa rəhbərlik ediblər.

Şəklin mənbəyi, BBC World Service
Onlara qarşı qanunsuz olaraq 90 miqrantın Yunanıstana aparılması və 3 sərnişinin ölümünə görə ittiham irəli sürüləcək.
Bu arada Avropa İttifaqı Şimali Afrikadan Aİ ölkələrinə Aralıq dənizindən keçən marşrutlarla qanunsuz miqrasiya böhranını həll etmək üçün bir sıra tədbirləri müzakirə edib.

Şəklin mənbəyi, BBC World Service
Bu məsələ Lüksemburqda keçirilmiş Aİ Xarici İşlər nazirlərinin görüşündə müzakirə olunub.
Aralıq dənizində "Triton" adı altında Aİ xəttilə keçirilən patrul-axtarış əməliyyatına əlavə maliyyə vəsaitinin ayrılacağı qərara alınıb.
Bununla yanaşı Brüssel Avropaya qeyri-qanuni yollarla miqrant daşıyan dəllalların gəmilərini məhv etmək üçün silahlı qüvvələrdən istifadə etmək səlahiyyətini əldə etmək niyyətindədir.
Bazar günü Aralıq dənizinin Liviya sahilinə yaxın sahəsində miqrantlarla dolu qayığın aşması nəticəsində 800-ə yaxın insan dənizdə bataraq həlak olub.
BMT qaçqınlar agentliyi faciədən sağ çıxanları sorğu-sual etdikdən sonra bu nəticəyə gəlib.
Bundan əvvəl bazar günü baş vermiş faciədə 700-ə yaxın insanın öldüyü təxmin edilirdi.