Yunanlar 90 miqrantı boğulmaqdan xilas edib
Həftəsonu Liviya sahillərində yüzlərlə miqrantı daşıyan gəminin batmasından sonra Aralıq dənizində daha 3 bənzər faciə baş verib.
Onlardan biri Yunanıstanın Rodos adası yaxınlığında yer alıb.
Qayalığa çırpıldıqdan sonra batan gəminin 3 sərnişini boğularaq ölüb, onlardan biri uşaqdır. Yunanıstan sərhəd xidməti və yerli sakinlər 90 sərnişini xilas edib.
BBC müxbiri Damian Grammaticas Rodos adasından xəbər verir.