Aralıq dənizində qəzaya düşən yüzlərlə miqrantın batdığı güman olunur

Axtarışlar havadan da aparılır.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Axtarışlar havadan da aparılır.

Aralıq dənizinin Liviyaya aid olan hissəsində miqrantlarla dolu gəminin aşması nəticəsində yüzlərlə adamın həlak olduğu güman edilir.

İtaliya sahil keşiyi xidmətinin bildiridiyinə görə, göyərtəsində "500-700 miqrant" daşıyan qayıq Liviya sularında gecəyarısı aşıb.

Qəza İtaliyanın Lampeduza adasından 210 km cənubda baş verib.

Hazırda genişmiqyaslı xilasetmə əməliyyatı keçirilir.

Batan yüzlərlə miqrantdan bu günə 28 adam xilas olunub, daha 24 cəsəd aşkar olunaraq sudan çıxarılıb.

Əməliyyatda İtaliya gəmiləri, Malta hərbi-dəniz qüvvələri və ticari gəmilər iştirak edir.

Bu ilin əvvəlindən indiyədək Aralıq dənizi vasitəsilə Afrikadan Avropaya çatmağa çalışan azı 900 miqqantın suda batıb həlak olduğu güman edilir.

Ötən həftə İtaliya sahil mühafizə xidməti qəza vəziyyətinə düşən qayıqdan 10,000-dək miqrantı xilas etmişdi.