Aralıq dənizində faciə: "300 miqrant" ölüb

Ötən il İtaliya hakimiyyəti dənizdə miqrantların xilas edilməsi üzrə həyata keçirilən əməliyyatlarını dayandırıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ötən il İtaliya hakimiyyəti dənizdə miqrantların xilas edilməsi üzrə həyata keçirilən əməliyyatlarını dayandırıb.

BMT Şimali Afrikadan miqrantları daşıyan gəmilərin Aralıq dənizində batmasından sonra göyərtədə olan ən azı 300 adamın olumüş olması ilə bağlı narahatlığını izhar edib.

Qaçqınlar üzrə BMT Ali Komissarlığının (UNHCR) nümayəndəsi Vincent Cochetel hadisəni “misli görünməmiş faciə” kimi dəyərləndirib.

Hadisədən salamat çıxan 5 nəfər İtaliyanın Lampeduza şəhərinə gətirilib. Onların Qərbi Afrika sakinləri olduğu bildirilir.

Bazar ertəsi yayılan ilkin məlumatlarda qəza nəticəsində 29 adamın öldüyü göstərilirdi.

UNHCR miqrtantların şənbə günü 4 gəmilə Liviya sahillərindən Avropaya yollandığını bildirib.

Ötən il İtaliya hakimiyyəti dənizdə miqrantların xilas edilməsi üzrə 2013-cü ildən bəri həyata keçirilən əməliyyatları dayandırıb.