İtaliyadan xəbərdarlıq: miqrantların xilas edilməsi "dayanadırıla bilər"

İtaliya - miqrantlar
Şəklin alt yazısı, İtaliya höküməti miqrantların xilas edilməsi əməliyyatının başa başa gəldiyini deyir.

İtaliya Daxili İşlər naziri Angelino Alfano xəbərdarlıq edib ki, Aİ müdaxiləsi olmasa Aralıq dənizində miqrantların xilas edilməsi məqsədilə keçirilən əməliyyatlar dayandırıla bilər.

Siciliyada danışan nazir qeyd deyib ki, İtaliya insanların həlak olmasına yol verməyəcək, lakin Liviya sahili yaxınlığında keşikçəkmə əməliyyatını davam etdirməyə hökümətin imkanı yoxdur.

Onun çıxışından bir qədər sonra isə Küveytə məxsus neft tankeri Siciliyaya daha 356 miqrant gətirib.

Xəbərlərə görə, tankerin göyərtəsində Suriyalı miqrantın cəsədi aşkar olunub.

Ötən həftəsonu Liviya sahil xəttindən 65 km məsafədə İtaliyanın Lampeduza adasına yollanan və miqrantlarla dolu qayığın aşması nəticəsində azı 39 nəfər həlak olub.

İtaliya xilasediciləri 39 adamı sudan sağ çıxara bilsələr də, dənizdə batanların sayının daha çox olduğu güman edilir.

Ötən ilin oktyabr ayında Lampeduza adası yaxınlığında qayığın qəzaya uğraması nəticəsində 360 miqrant həlak olmuşdu.

İtaliya rəsmiləri bildirir ki, miqrant axını ölkə iqtisadiyyatının yükünü, sosial problemləri ağırlaşdırır.

Rəsmi Roma Aİ tərəfindən istədiyi yardımı ala bilmədiyi təqdirdə xilasetmə əməlliyyatından imtina etməli olacağı barədə xəbərdarlıq edib.

Eyni problemlə üzləşdiyini Malta höküməti də bildirir.

Avropaya miqrant axınının artması ilə bağlı miqrasiyanın miqyasını cilovlamaq tələbilə Avropa ölkələrində hökümətlərə ictimai təzyiq artmaqdadır.