İD hücumuna görə yüzlərlə iraqlı Ramadidən qaçır

Şəklin mənbəyi, Reuters
İraqda son 2 gün ərzində İslam dövləti (İD) silahlıların hücumuna məruz qalan Ramadi şəhərini yüzlərlə yerli sakin tərk edir.
Cihadçılar ölkənin qərbindəki Anbar vilayətinin paytaxtı olan Ramadinin şəhərətrafı və şimal məhəllələrini ələ keçiriblər.
ABŞ başda olmaqla koalisiya qüvvələri cihadçıların hücumunun qarşısını almaq üçün, İD mövgelərini atəşə tutub.
Tikrit şəhərindən geri çəkiləndən sonra İD silahlıları təşəbbüsü ələ keçirməyə çalışırlar.
Anbar vilayətinin böyük bir hissəsi cihadçıların nəzarəti altındadır.
Bundan əvvəl Ramadi şəhəri bir neçə dəfə İD döyüşçüləri tərəfibdən tutulsa da, sonradan onlar şəhərdən geri çəkilməli olublar.
