Tikrit: Şəhəri İD-dən azad etmək üçün İran açarı

İraq qüvvələri və şiə döyüşçüləri Tikritə hücuma keçiblər.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İraq qüvvələri və şiə döyüşçüləri Tikritə hücuma keçiblər.

İraqlı və şiə hərbçilərin Tikrit şəhərini İslam Dövlətindən (İD) geri almağa çalışdığı bir vaxtda, İranın əməliyyatdakı həlledici rolu daha aydın görünməyə başlayıb.

İraqdakı şiə hərbi mənbələri təsdiq edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Qüds Qüvvələrinin komandiri general Qasem Soleimani şəxsən əməliyyata rəhbərlik edir.

Bağdaddan 150 km şimalda yerləşən Tikrit səkkiz aydan çoxdur ki, İD tərəfindən işğal edilib. Şəhərin geri qaytarılması üçün hücum əmri İraq baş naziri Haider al-Abadi tərəfindən bazar günü verilib.

Xalq Səfərbərliyi bölmələri adlanan şiə qoşunları, İraq ordusu və təhlükəsizlik qüvvələri ilə birgə müxtəlif istiqamətlərdən Tikritə daxil olmağa çalışır.

Cəbhədən BBC Farscaya verilən məlumata görə, hələ əməliyyata rəsmi olaraq start verilmədən öncə bir neçə İİKK zabiti prosesə cəlb olunub.

İran rəhbərliyi hələ rəsmi münasibət bildirməsə də, İranın İnqilab Keşikçilərinə yaxın hesab olunan Fars xəbər agentliyi general Soleimani-nin əməliyyatdakı iştirakına geniş yer ayırır.

Mətbuat orqanı hətta generalın İraq komandirləri və rəsmiləri ilə birgə şəklini də dərc edib.

İrana sədaqət

Xalq Səfərbərliyi bölmələri daxilindəki qruplardan biri Saraya al-Khorasani-dir (Xorasani Briqadaları). Deyilənə görə, onlar İranın ali rəhbəri Ayatollah Ali Khamenei-nin komandanlığı altındadır.

Briqada komandiri BBC Farscaya bildirib ki, general Soleimani-nin başçılıq etdiyi İran qüvvələri hələ əməliyyat başlamazdan xeyli öncə İraqın şiə döyüşçülərinə təlimlər keçir və onları mənəvə cəhətdən hazırlayır.

Baxmayaraq ki, ABŞ və müttəfiqləri keçən il İD-ə qarşı koalisiya formalaşdırarkən İran kənarda qalıb, onun İraqdakı İD silahlılalrına qarşı döyüşlərdəki birbaşa iştirakı hələ koalisiya formalaşandan xeyli əvvəl məlum idi.

General Süleymani İraqda İD-ə qarşı əməliyyatların keçirilməsində aparıca rol oynayır

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, General Süleymani İraqda İD-ə qarşı əməliyyatların keçirilməsində aparıca rol oynayır
Shia döyüşçüləri ilk dəfə olaraq ağır silahlardan istifadə edirlər

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Shia döyüşçüləri ilk dəfə olaraq ağır silahlardan istifadə edirlər
Xorasan briqadasının döyüşçüləri bir neçə ay bundan əvvəl Tikrit ətrafında məntəqələri azad ediblər.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Xorasan briqadasının döyüşçüləri bir neçə ay bundan əvvəl Tikrit ətrafında məntəqələri azad ediblər.

Keçən ilin yayından İraqda bir neçə şiə hərbi qruplaşmaları ortaya çıxıaraq, açıq şəkildə İrana sədaqətli olduqlarını bildirib və Ayatollah Ali Khamenei-nin ümməti olduqlarını bəyan ediblər.

İran rəsmiləri isə həmişə dövlətlərinin İD-ə qarşı vuruşda şiə və kürd döyüşçülərinə dəstək verdiyini qeyd edib, lakin 2014-cü ilin avqustundakı döyüşlər zamanı İranın birbaşa hərbi iştirakı aydın olub.

Ondan bəri İran qoşunları Əmirli şəhərini birgə əməliyyat vasitəsilə geri qaytarmaq üçün kürd və şiə qüvvələrinə aktiv dəstək verir.

Əmirli döyüşü ərəfəsində BBC Farsca, İrandan döyüşçülərə göndərilmiş silah-sursatın şahidi olub.

İD-ə qarşı döyüşlər başlayandan bəri general Soleimani İranın İraqdakı tanınan üzü olub.

Tikritin azad olunması uğrunda əməliyyatın uğurla nəticələnəcəyi halda isə bu, İranın və onun bölgədəki adamının qələbəsi olacaq və titulları sırasına köhnə düşməni, keçmiş İraq lideri Saddam Hussein-in doğulduğu şəhərin fəthini də əlavə edəcək.