#BBCAzeriTrending: bu həftə trendlərdə

Bu həftə ərzində İnternetdə ən çox nələr müzakirə olunub? BBC Azərbaycancanın həftəlik trendlər icmalı sosial medianın diqqət yetirdiyi hadisələrə nəzər salır.

"İnternetin qəlbini yaralayan fotoqraf"

Minlərlə İnternet istifadəçisi əllərini göyə qaldıran suriyalı qızın fotosunu paylaşıb. Foto ötən il çəkilsə də, bir fotojurnalistin tvitindən sonra qəflətən bütün dünyada populyarlaşıb.

Şəklin mənbəyi, Osman Sagirli

Şəkil barədə məlumatın az olduğundan bəziləri uşağın tapança tuşlanan oğlan olduğunu düşünüb. Əslində bu dörd yaşlı qız kameraya baxırdı. "Mən telefoto obyektivindən istifadə edirdim, o isə elə bildi ki, silahdır", şəklin müəllifi türk fotojurnalist Osman Sağırlı BBC Trending-ə deyib.

<link type="page"><caption> Daha ətraflı bu yazıda - #BBCAzeriTrending: İnternetin qəlbini yaralayan fotoqraf</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/04/150401_trending_syrian_girl_photo" platform="highweb"/></link>

Malayziyada İslam satirası

Malayziyadakı İslam qanunları haqqında satirik video ölkədə bu məsələ ilə bağlı həssaslığı üzə çıxarıb.

Videonun müəllifi, ölkənin bir ştatında İslam "hüdud" qanununun daha geniş tətbiq olunması haqqında zarafat etmək istəyirdi. Amma jurnalist Aisyah Tajuddin-in iştirak etdiyi video yayılandan sonra o, ölüm və cinsi təcavüzlə hədələnib. Video ilə bağlı polis istintaqı da başlanılıb.

Hüdud qanunları sədaqətsizlik, xainlik və oğruluq kimi hadisələri qadağan etməkdən başqa onlara qarşı Qərb ölkələrinin çoxunda qeyri-adi və amansız hesab olunan cəzalar nəzərdə tutur.

Şəklin mənbəyi, BBC World Service

"Hüdud: Bir Kasa Düyü Məsələsi" adlı videoda Aisyah "sərhədi" keçərək Kelantan ştatına gəlir. Bu an onun başında qəflətən hicab əmələ gəlir, yemək paketində isə düyünün əvəzinə daş tapır. O isə çiyinlərini dartıb deyir: "Heç olmasa hüdudumuz var!"

Latın Amerikasında sevilən türk aktyor

Türk aktyor, "Mühteşem Yüzyıl" ulduzu Halit Ergenç Latın Amerikasında o qədər populyarlaşıb ki, onun haqqında Argentinada çəkilən parodiya videosunu artıq bir milyondan çox adam izləyib.

Halit Ergenç, Bergüzar Korel

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Halit Ergenç həyat yoldaşı, aktrisa Bergüzar Korel ilə

Videoda "Halit Ergenç" maskası geyinən kişi rəqs edir, onun dalınca onlarla hay-küylü qız qaçır.

Britaniyada liderlərin debatı

Cümə axşamı günü Birləşmiş Krallıqda siyasi sferanın ən mühüm hadisələrindən biri - partiya liderlərinin ilk seçkiqabağı debatı keçirilib. Həmişəki kimi, sosial media geniş şəkildə "döyüş meydanı" kimi istifadə olunub.

İlk debatda iştirak edən yeddi partiya bilir ki, debatı televiziyada canlı izləməyənlərin çoxu əsas məqamları sosial mediadan öyrənəcək.

Debatlar zamanı Leyboristlər partiyasının kölgə Ədliyyə naziri Sadiq Khan Facebook istifadəçilərinin suallarını cavablayıb. O, mühüm məsələlərə aydınlıq gətirib: "David Cameronun üzü Aya bənzəyirmi?" və "O gözəl cemperinizi haradan almısınız?"

Mühafizəkarların taktikası, debatdan qabaq Facebook və Twitterdə debatda iştirak edəcək müxalif partiyaları tənqid edən altı mesaj paylaşmaqdan ibarət olub.

Liberal Demokratlar isə daha çox fəalların, siyasətçilərin və adi vətəndaşların şərhlərini paylaşmaq və retvit etməklə məşğul olub.