#BBCAzeriTrending: Sosial media manata "rəhmət oxuyur"

Şəklin mənbəyi, instagram
Şənbə günü Mərkəzi Bank xarici valyutalara qarşı manatın <link type="page"><caption> devalvasiyası barədə məlumatı</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/02/150221_manat_change.shtml" platform="highweb"/></link> yayandan sonra azərbaycanlı sosial media istifadəçiləri arasında digər mövzu haqqında şərhlər tapmaq çətin olub.
İstifadəçilər Facebook, Twitter və Instagram kimi şəbəkələrdə məsələ ilə bağlı zarafat, narahatlıq və bəzi hallarda nikbinliklərini paylaşıblar.
Aztwi analitka saytına əsasən gün ərzində azərbaycanlı Twitter istəfadəçiləri arasında ən çox istifadə olunan sözlər manat, dollar, və mərkəzi bank olub.
Xəbər yayılandan az sonra Twitterdə #dollamisizbizi həştəqi peyda olub və çoxu fikirlərini vu həştəq vasitəsilə bildirib, məsələn @khalilzade93: "Qara camatın içində ən çox ziyan dəyənlərdən biri mənəm. Götürdüyüm kreditlərdən ən çox olanı dollarladı #dollamisizbizi".
Kredit barədə narahatlıqlar
Çoxu üçün narahatlıqların əsas səbəbi, dollarla alınan borclar olub.

Şəklin mənbəyi, instagram
Həştəqi ilk istifadə edən @MesudAsker həmçinin yazıb: "Menim bir kreditim dollarladi. Olan yene mene oldu #dollamisizbizi"
"Onu biliremki caamahat yaziqdi coxsunun banka borcu var ozude dollarla odeniw edir", <bold>Rovwen Hewimov</bold> adlı istifadəçi BBC Azərbaycancanın <link type="page"><caption> Facebook səhifəsində</caption><url href="https://business.facebook.com/BBCAzeri" platform="highweb"/></link> yazıb.
BBC Azərbaycancanın "manatın dəyərinin düşməsi sizin üçün yaxşı xəbərdir, yoxsa pis?" sualına cavab verənlərin böyük əksəriyyəti "əlbəttə ki, pis" tipli cavab yazıb.
"@bbcazeri əlbəttə ki, pis, birdən-birə belə ucuzlaşma olar? milli bank hara baxırmış?", @Arzu_Mammedova Twitterdə yazıb.
Nikbinlik
Eyni zamanda Milli Bankın qərarını nikbinliklə qarşılayanlar da olub.

Şəklin mənbəyi, Instagram
"@bbcazeri inşallah ölkə içində bahalaşma səbəbiylə də dövlət maaşdarın qiymətini qaldırar", yazıb @SamedHuseynov adlı istifadəçi.
"@bbcazeri dollar ilə maash alanlar üçün sevindirici xəbərdir,yerdə qalanları üçün pis, bundan əlavə bashda ərzaq olmaqla çox shey bahalasacaq", @rabil89 belə düşünür.
BBC Azərbaycancanın Facbeook səhifəsində ən populyar şərh Yunus Namazov adlı istifadəçiyə məxsusdur. Onun fikrincə bu, çox pis xəbərdir: "Elman Rustemov iki once dovtel televiziyasinda hec bir keskin ucuzlasmanin olmayacağını beyan etmisdi. mene maraqlidir ixracatinin 93%-ni neft təşkil eden bir olke hansi stimullasdirmadan danisir", indiyə qədər 70 nəfərin bəyəndiyi şərhə deyilir.
Beybala Bey Ibadullah adlı istifadəçinin şərhini isə 60-dan çox adam bəyənib: "1 gecede milletin cibinden 28 faiz manat ogurlandi. Azarbaycan tarixinde son bele kütlevi qaret 1994-cü ilde " vahid bank " terefinden heyata keçirilmişdir", o yazıb.
@yfnajafli adlı Twitter istifadəçisi isə sadəcə "R.I.P #manat" (Allah rəhmət eləsin, manat) sözlərini yazıb.




