Azərbaycan öz valyutasını dollara nisbətən "aşağı salmağa çalışır"

Neft qiymətlərinin düşməsi Azərbaycanın neftdən asılı iqtisadiyyatını sınaq qarşısında qoyduğu üçün ölkə manatın dollara qarşı müəyyən etdiyi qiymətini tərk etməyi planlaşdırır, Mərkəzi bankın rəhbəri Financial Times qəzetinə bildirib.
“Fiskal və monetar siyasətə müəyyən düzəlişlər etmək vacibdir,” Azərbaycanın mərkəzi bankına iyirmi il ərzində rəhbərlik etmiş Elman Rüstəmov Bakıda verdiyi müsahibəsində deyib.
“Biz daha çevik məzənnə rejiminə keçməli olduğumuzu düşünürük. Tədricən inflyasiyanı hədəfləyən rejimə keçəcəyik", Mərkəzi bankın rəhbəri deyib.
O, Azərbaycanın dollara qarşı müəyyən etdiyi sabit qiyməti nə zaman tərk edəcəyini deməyib, lakin vurğulayıb ki, milli valyutanın hər hansı formada zəiflədilməsi qəflətən deyil, tədricən baş verəcək. O əlavə edib ki, Mərkəzi Bank "əhalinin maraqlarını nəzərə alacaq."
Düşməkdə olan neft qiymətləri regionun digər valyutalarının (rus rublu, qazax tengesi və gürcü larisi) məzənnəsində dəyişiklik yaratsa da, Azərbaycan manatı 2011-ci ilin ortalarından etibarən effektiv olaraq bir dollara 0,78 manat olmaqda davam edib.

