Putin harada idi? - İnternetin yaradıcı fərziyyələri

Putin itib

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "İtkin: Siz məni görmüsünüzmü? Bu nömrəyə zəng edin" - Amerikada əsasən 1970-ci illərdə süd kartonları itkin düşmüş uşaqların fotoları ilə çap olunurdu

Bazar ertəsi gününədək Rusiya prezidenti Vladimir Putinin az qala iki həftə ictimaiyyətdə görünməməsi bütün dünyanın mətbuatında geniş müzakirə olunub.

İnternet məkanında isə onun "yoxa çıxması", artıq adətə çevrilmiş yaradıcı memelər - yəni, yumoristik şəkillər vasitəsilə şərh olunub.

Təbii ki, bəziləri onun ağacdələn sürən mışovulun belinə minib ictimai nəzərdən qaçmaq istədiyini güman edib.

Şəklin mənbəyi, BBC World Service

Rusiya liderinin xəstələndiyini düşünənlər də az olmayıb.

"Soyuq müharibə"

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Yəqin ki, putin qrip tutub. Soyuq müharibələr buna görə təhlükəlidir!"

Günlər keçdikcə onun ölümü barədə şaiyələr də interneti bürüməyə başladı.

"Putini insult vurub"

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Görünür ki, Putini iflic vurması barədə şaiyələr düzgündür. Bu da eksklüziv foto:"

Azərbaycanda bir çox İnternet istifadəçisi cənab Putinin İslamı qəbul etdiyini istisna etməyib.

Şəklin mənbəyi, Facebook

Şəklin mənbəyi, facebook

Amma bəzilərinin fikrincə həddən artıq məşğul olan lider sadəcə çemodanlarını yığıb günəşin altında uzanmaq qərarına gəlib.

"Putinin dəfn mərasimi"

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Putinin gizli dəfn mərasimindən şok edici görüntülər"

Səbəbindən asılı olmayaraq, cənab Putin bazar ertəsi günü yenidən peyda olub və Sankt-Peterburqda qırğız həmkarı Almazbek Atambayevlə görüşüb.

Şəklin mənbəyi, Reuters