Rada Ukrayna ordusunun sayının artırılmasını bəyənib

ukraine_military

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Qanun layihəsinin tənqidçiləri hesab edirlər ki, bu qərarla Rada "öğulları müharibəyə göndərir"

Ukrayna parlamenti şərqdə rusiyapərəst separatçılar tərəfindən təhlükəyə qarşı durmaq üçün silahlı qüvvələrin sayının artırılması haqqında qanun layihəsini təqdir edib.

Prezident Petro Poroşenkonun təqdim etdiyi sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin (USQ) sayı 250 min nəfərdən artıq olmamaq şərtilə, 204 mini hərbçi olmalıdır.

2012-ci ildə parlament SQ sayını 184 min həddində təsdiq edib.

Müdafiə nazirinin müavini Petro Mexed silahlı qüvvələrin artırılmasının şərqdə rusiyapərəst separatçılara qarşı “terror əleyhinə əməliyyat” üçün lazımdır, və hərbçilərin sayı dərhal təhlükə ləğv olunduqdan sonra əskildiləcək.

314 Ukrayna deputatlarından 270 nəfəri qanun layihəsini dəstəkləyib.

Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitəsinin sədri Sergey Paşinski ilk növbədə quru qoşunları və döyüş birləşmələrinin sayının artırılacağını qeyd edib.

Ukrayna hakimiyyətinin bəyanatına görə, cümə axşamı ordu, fevral ayında atəşkəs haqqında Minskdə əldə edilmiş razılaşmaya əsasən, ağır texnikanın geri çəkilməsinin ikinci mərhələsini başlayıb.

Sakitlik

Son vaxtlar döyüş əməliyyatları bölgəsində sakitlikdir, münaqişə iştirakçılarının əksəriyyəti atəşkəsə riayət edir. Eyni zamanda ara-sıra atışmalar davam edir.

Cümə axşamı Ukrayna hərbçilərinin nümayəndəsi Vladislav Seleznyov ötən gün ərzində bir əsgərin öldürüldüyü və bazar günündən bəri altı Ukrayna hərbçisinin yaralandığı bəyan edib.

Bu arada Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə bölmələrinin səhra təlimləri başlandığını elan edib.

Təlimlər Rusiyanın cənubunda – Abxaziyada, Cənubi Osetiyada və Rusiyanın ötən il ilhaq etdiyi Krımda keçiriləcək.

grad_multiple_rocket_launcher

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Həm Ukrayna ordusu, həm separatçılar, atəşkəs haqqında razılaşmaya əsasən, ağır silahların geri çəkdiklərini bildirirlər

Ukrayna, Avropa İttifaqı və Birləşmiş Ştatlar Rusiyanı separatçıları silah və canlı qüvvə ilə dəstəkləməkdə günahlandırırlar.

Müstəqil ekspertlər bu iddiaları təsdiqləyir, lakin Moskva ittihamları rədd edir və Ukraynanın şərqində rusiyalıların ora könüllü getdiklərini qeyd edir.