Ukrayna ordusu Donbassda mövgelərinin atəşə tutulmasını bildirib

Şəklin mənbəyi, facebook.ato.news
Ukraynna hərbiyyəsinin rəsmiləri ölkənin şərqində, Donbassda, ötən gün ərzində qoşun mövgelərinin 32 dəfə atəşə məruz qaldığını bildiriblər.
Hərbi əməliyyatlar qərargahı nümayəndəsi Anatoli Stelmahın sözlərinə görə, bazar ertəsinə keçən gecə separatçılar tərəfindən Donetsk istiqamətində 4 dəfə atəş açılıb.
Öz növbəsində tanınmamış DXR və LXR nümayəndələri Minsk razılıqlarına uyğun olaraq ağır texnikanın cəbhə xəttindən çıxarılması prossesinin başa çatdığını bildiriblər.
Separatçılar ukrayna qoşunlarını ərazini atəşə tutmaqda ittiham ediblər.
Bu arada BMT İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra'ad Al-Hussein ötən ilin aprelindən Ukraynada hökümət qüvvələrilə rusiyapərəst separatçılar arasında silahlı münaqişə başlandıqdan ölənlərin sayının 6,000 rəqəməni artıq aşdığını bildirib.
BMT ekspertləri Ukraynanın şərqində ölənlərin statistikasında Dönetsk üzərində vurulmuş Malayziya təyyarəsində həlak olanların nəzərə alındığını qeyd edirlər.
