Oxfam: 2016-cı ilədək əhalinin 1 faizi ən varlı olacaq

Şəklin mənbəyi, BBC World Service

Dünya əhalisinin bir faizi digərlərindən daha varlı yaşayacaq, Oxfam xeyriyyə qrupu açıqlayıb.

Qrupun araşdırması göstərib ki, dünya əhalisinin 1 faizi tərəfindən əldə edilən varlılıq ötən il 4 faiz artıb. 2009-cu ildə bu rəqəm 44 faiz olub.

Oxfam, hazırki trendləri nəzərə alaraq bildirib ki? 2016-ci ilədək bir faizin varlılığı 50 faizə çatacaq.

Araşdırma Davosda Dünya İqtisadi Forumunun başlaması ilə üst-üstə düşür.

Yüksək vəzifəli rəsmilər və biznes liderlərinin ənənəvi görüşündə həmaparıcılığı Oxfamın idarəedici direktoru Winnie Byanyima edir. Onun sözlərinə görə, o, təmsil etdiyi qurumun yüksək profilindən istifadə edərək varlılar və kasıblar arasında fərqin dəyişdirilməsinə çalışılacaq.

"Liderlərimizin şəxsi maraqlarından daha çox rifahlı və ədalətli dünya üçün istifadə etmək zamanıdır", xanım Byanyima bildirib.

Buna görə də qrup, hökümətləri bərabərsizlik, şirkətlər arasında vergi müəyyənləşməsi və işçilərin maaşına dair yeddi maddəlik plan qəbul etməyə çağırır.

Ötən ilki Davos forumunda Oxfam bildirmişdi ki, əhalinin 85 faiz varlı insanının 50 faiz kasıbın malik olduğu var-dövlətə malikdir.