Charlie Hebdo: Məhəmməd Peyğəmbərin karikatürası çap edilib

Şəklin mənbəyi, AFP
Fransada satirik Charlie Hebdo jurnalı üz qabığında Məhəmməd Peyğəmbərin karikatürası çap edilməklə satışa çıxarılıb.
Üç milyon tirajla çap edilən jurnal islamçı silahlıların jurnalın səkkiz əməkdaşı olmaqla, 12 nəfəri güllələməsindən bir həftə sonra çap edilir.
Karikatürada Peyğəmbərin ağlayaraq əlində "Mən Charlie-əm" şüarı saxladığı təsvir olunur.
Jurnalın Peyğəmbərin əvvəlki karikatüralarına görə hücuma məruz qaldığı güman edilir.
"Mən Charlie-əm" şüarı hücumlara qarşı nümayişlərdə dəstək üçün istifadə edilir.
Yanvarın 7-də başlayan və daha iki gün digər ölümlərlə davam edən olaylardan sonra Fransanın baş naziri Manuel Valls deyib ki, onun ölkəsi ekstremizm və terrorçuluqla müharibədədir, müsəlmanlarla yox.
Hücumlarla əlaqədar 10 minə yaxın qoşun səfərbər edilib, əsasən sinaqoqlar, məscidlər və aeroportlar qorunur.

