Charlie Hebdo: Məhəmməd Peyğəmbərin yeni karikatürası çap edilir

Şəklin mənbəyi, AFP

Satirik "Charlie Hebdo" jurnalının növbəti buraxılışının üz qabığı Məhəmməd Peyğəmbərin əlində "Mən Charlie-əm" şüarını saxladığı karikatüra ilə nəşr edilib.

Karikatüranın yuxarısında "Hər şey bağışlanandır" sözləri yazılıb.

Bu, islamçı silahlıların jurnalın Parisdəki redaksiyasına daxil olaraq 12 nəfəri güllələməsindən sonra çap edilir.

Buarada Fransa deputatları hücumdan sonra ilk görüşlərini keçirir.

İsraildə isə islamçı silahlıların Parisdə başqa bir hücumda öldürdüyü dörd nəfərin yas mərasimi keçiriləcək.

Ümumilikdə, Fransa paytaxtında ötən həftənin üç günü ərzində 17 nəfər öldürülüb.

Hücumlarla əlaqədar 10 minə yaxın qoşun səfərbər edilib, eləcə də bazar günü kütləvi birlik nümayişi keçirilib.

Jurnalın üz qabığını öncədən digər fransız mediası nəşr edib.

"Mən Charlie-əm" şüarı 7 yanvar hücumundan sonra dəstək göstərmək üçün geniş istifadə edilib.

Jurnalın çərşənbə tirajı 3 milyondur, normalda isə bu rəqəm 60 mindən yuxarı çıxmırdı.