Fransa: təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 10000 əsgər səfərbər olunub

Paris

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, parisdə təhlükəsizlik tədbirləri görülüb

Ötən həftənin hücumlarından sonra ölkədə təhlükəsizlik tədbirlərini artırmaq üçün Fransa 10 000 əsgər səfərbər edir.

Yəhudi məktəbləri mühafizə etmək üçün isə minlərlə əlavə polis işçisi göndəriləcək.

Müdafiə naziri Jean-Yves Le Drian deyib ki, qoşunlar çərşənbə axşamından ən həssas yerlərə səfərbər ediləcək.

Prezident Francois Hollande kabinet nazirlərilə milli təhlükəsizlik barədə görüş keçirir.

Görüş ərəfəsində, hakimiyyətə məlum olan silahlılar üçün Parisdə hücum həyata keçirməsinin necə mümkün olduğu barədə suallar gündəmdədir.

Üç gün ərzində Charlie Hebdo adlı satirik jurnalın ofisinə, polis işçilərinə və Yəhudi supermarketinə edilən hücum nəticəsində 17 nəfər öldürülüb.

Bazar günü paytaxtda 1,5 milyondan çox adam birlik yürüşündə iştirak edib.

Fransa hökuməti deyib ki, yürüşdə iştirakçıların sayı rekordları yeniləyib. Fransa boyu 4 milyona yaxın adam yürüşlərdə iştirak edib, Daxili İşlər Nazirliyi təxmin edir.

Parisdəki yürüşdə 40-a yaxın ölkə lideri də qoşulub.

Onlar arasında Birləşmiş Krallığın Baş naziri David Cameron, Almaniyadan Kansler Angela Merkel, İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmoud Abbas da olub.

Bazar ertəsi Prezident Hollande kabineti ilə görüşəcək, o cümlədən Baş nazir Manuel Valls və xarici işlər naziri Bernard Cazeneuve. Görüşə polis və təhlükəsizlik xidmətlərinin başçıları da qoşulacaq.