Milyon yarım insan Parisdə birlik yürüşünə qatılıb

Şəklin mənbəyi, AFP
17 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra bazar günü Parisdə kecən izdihamlı yürüşdə 40-dək dünya lideri iştirak edib.
Aksiya rəsmi olaraq Bakı vaxtilə saat 18:00-da başlayıb. Yürüşdə milyondan artıq adamın iştirak etdiyi güman edilir.
"Paris bü gün dünyanın paytaxtıdır", Fransa lideri yürüşdən əvvəl bəyan edərkən deyib. Bəzi aksiya iştirakçıları söz azadlığına dəstək əlaməti olaraq əlində nəhəng qələm gəzdiriblər.
Belə düşünülür ki, yürüş təhlükə qarşısında ölkənin birliyini nümayiş etdirməlidir.
Bu arada polis Charlie Hebdo satirik jurnalına və Parisdəki mağazaya hücum edən silahlılarla əlbir olan şəxslərin axtarışını davam etdirir.
Yürüşdən əvvəl Parisdə yəhudi koşer mağazasına hücum edən Amedy Coulibaly-nin videosu peyda olub. İslam Dövləti qrupuna mənsubluğunu bildirən Coulibaly Charlie Hebdo jurnalına basqın edənlərlə əlaqəli addım atdığını deyib.
Çərşənbə günü Parisdə Said və Cherif Kouachi qardaşlarının basqını nəticəsində "Charlie Hebdo" satirik jurnalının redaksiyasında 11 adam qətlə yetirilib. Daha bir nəfər - polis əməkdaşı - küçədə güllələnərək öldürülüb. Hadisə yerini tərk edən basqınçılar daha sonra polis tərəfindən öldürülüb.
Bazar günü Parisdəki “birlik yürüşünə” Almaniya, Britaniya, İordaniya, İsrail və Fələstin liderləri qatılıblar.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edib. Aksiyada Ukraynanı prezident Petro Poroşenko təmsil edib.
Şənbə günü Fransanın müxtəlif şəhərlərində keçən yürüşlərdə 700 min adamın iştirak etdiyi xəbər verilir.
Yürüşdə milyondan artıq adamın iştirak etdiyi güman edilir.
2002-ci ildə milyondan artıq nümayişçi küçələrə çıxaraq Marine Le Pen-in prezident seçkilərində namizədliyinin irəli sürülməsinə etiraz bildirib. Bundan izdihamlı kütlə Parisdə yalnız 17 il əvvəl, Fransanın futbol üzrə dünya çempionu olduğu vaxtı müşahidə edilib.

Şəklin mənbəyi, Reuters
Bazar günü aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün 2,000 polis və 1,350 əsgərin cəlb olunduğu deyilir, Parisdə yerləşdirilmiş polislərin ümümi sayının 5500-dən artıq olduğu bildirilir.
Fransanın daxil işlər naziri aksiyanın qorunması üçün fövqəladə addımların atıldığını deyib.
Şənbə günü Fransa böyunca keçən yürüşlər təxminən 700 min adamı cəlb edib.
Ən izdihamlı aksiya Tuluz şəhərində keçib.
Parisdəki yürüşə qatılanlar Respublika Meydanında Charlie Hebdo satirik jurnalına hücumda öldürülmüş jurnalistlərlə həmrəyliyi simvolizə edən qələmlər qoyublar.

Şəklin mənbəyi, EPA
Bu arada polis Charlie Hebdo redaksiyası və Parisdəki mağazaya hücum edənlərlə bağlı olan şəxslərin axtarışını davam etdirir.
Onlardan biri, Amedy Coulibaly ilə kəbin kəstirdiyi deyilən Hayat Boumeddiene-dir. Cümə günü Coulibaly girov götürdüyü 5 nəfərin azad olunması üzrə polis əməliyyatı vaxtı öldürülmüşdü.
Hayat Boumeddiene axtarışa verilib. Hərçənd ki, onun ötən həftə Türkiyə üzərindən Suriyaya yollandığı güman edilir.
Çərşənbə günü Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına basqın nəticəsində 12 nəfər həyatını itirib. Cümə günü polis hücumda şübhəli bilinən iki nəfəri - qardaşlar Cherif və Said Kouachini öldürüb və onların girov saxladığı şəxsi azad edib.






