Səudiyyə restoranları: təkbaşına gələn qadınlara qadağa hiddət doğurub

Şəklin mənbəyi, AL HAYAT
Səudiyyə Ərəbistanındakı restoranlar qadınların təkbaşına girişini qadağan edən xəbərdarlıq lövhələrinin yığışdırılmasına çağırıblar.
Belə bir müraciətlə ölkənin Milli İnsan Haqları Cəmiyyəti (NSHR) çıxış edib, Al-Hayat qəzeti xəbər verir.
Hüquq müdafiəçiləri girişlərdəki yasaq lövhələrinin qeyri-qanuni olduğunu deyirlər.
Bu arada restoran sahiblərindən biri lövhəni “saysız flört” insidentlərinə görə asdığını bildirib.
"Lövhələri yalnız bu kimi insidentlərin bir daha baş verməyəcəyinə əmin olduqdan sonra çıxaracağıq”, - restoran sahibi Al-Hayat qəzetinə bildirib.
NSHR təşkilatının hüquqşünası Xalid əl-Fəxri "Saudi Gazette" nəşrinə deyib ki, restoranlar qadınlardan ailə üzvü olan kişi müşaiyətilə gəlməyi tələb edə bilməz. Eynilə onlar təkbaşına gələn qadınların girişinə məhdudiyyət qoymaq hüququna da malik deyillər.
"Belə lövhələr qanuna ziddir və yalnız restoran sahiblərinin şəxsi mövqeyini əks etdirir”, - Xalid əl-Fəxri vurğulayıb. O, müştərilərin namünasib davranışı ilə bağlı alternativ üsulların tətbiqinə çağırıb.
Səudiyyə Ərəbistanında restoranlar qadınların ailə üzvü olan kişinin müşayiəti xaricində gedə biləcəyi nadir yerlərdən biridir.
“Onlar bizə restorana girməyi qadağan etsələr, biz hara getməliyik?”, - qəzet bir qadının şərhindən iqtibas gətitir.
Material BBC Monitoring xidməti tərəfindən hazırlanıb.




