Səudiyyə Ərəbistanı: ilk qadın qəzet baş redaktoru

Şəklin mənbəyi,
Səudiyyə Ərəbistanında ilk dəfədir ki, qadın gündəlik qəzetin baş redaktoru təyin olunub.
İngilisdilli Saudi Gazette qəzeti öz saytında elan edib ki, Khaled Almaeenadan sonra baş redaktor Somayya Jabarti olacaq.
Qəzetin bazar günü çıxan buraxılışında o yazıb ki, xanım Jabarti buna ləyaqətinə görə nail olub. Cənab Almaeenadan yeni baş redaktoru əzmkar və sədaqətli jurnalist kimi səciyyələndirib.
Xanım Jabarti isə deyib ki, "şüşə təvanda (qadınların inkişafına gözə görünməyən baryer) çat əmələ gəlib".
"Ümid edirəm ki, bu, qapıya çevriləcək", o əlavə edib.
Məsuliyyət
Al-Arabiya News-a müsahibəsində o deyib ki, yeni vəzifəsinə görə böyük məsuliyyət hiss edir.
"Hərəkətlərim digər səudiyyəli qadınlara təsir edəcək", o izah edib.
Xanım Jabarti deyib ki, Saudi Gazette-də cinsi ayrı-seçkiliklə üzləşməyib.
"Müxbirlərimizin əksəriyyəti qadındır. Ona görə yox ki, qərəzlə... qadınları seçirik. Jurnalist olmaq istəyən, və jurnalist olan qadınlar daha çoxdur".
2011-ci ilin mart ayında Gazette-yə qoşulandan bəri xanım Jabarti rəqib Arab News qəzetində işləyirdi.




