Ukraynada 10 Rusiya əsgəri tutulub

Şəklin mənbəyi,
Moskvadakı hərbi mənbələrə əsasən Ukraynada tutulmuş Rusiya əsgərləri qonşu ölkənin ərazisinə təsadüfən keçiblər.
Ukrayna üzərində hərbi fərqlənmə nişanları olmayan 10 rusiyalı desantçının tutulduğunu bildirir.
Onlardan biri müsahibə vaxtı bildirir: “Bu bizim müharibə deyil”.
İnsident Ukrayna və Rusiya liderləri arasında mühüm görüşdən əvvəl baş verib.
"Adı göstərilən hərbçilər Rusiya-Ukrayna sərhədində həqiqətən də patrul xidmətində iştirak edib və ola bilsin onun nişansız hissəsində təsadüfən sərhədi keçib. Bildiyim qədər onlar saxlanılarkən Ukrayna hərbi qüvvələrinə müqavimət göstərməyiblər", - Rusiya müdafiə nazirliyindəki mənbə KİV-lərə bildirib.
Mənbə əsgərlərin fərqlənmə nişanlarsız olduğunu izah etməyib.
Rusiya tərəfindən rəsmi izahat daxil olmayıb.
Moskva münaqişədə öz hərbçilərinin iştirak etdiyini dəfələrlə dansa da, döyüşçülər sıralarında rusiyalı könüllülərin olduğunu etiraf edib.
Vaşinqton Ukraynanın şərqində Rusiya hərbi qüvvələrinin cəmləşdirildiyini bildirir.




