Vaşinqton: ABŞ-ın ən böyük təhlükəsi "İslam Dövləti"dir

us_hagel_dempsey

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Pentaqonun rəhbəri Chuck Hagel (solda) və general Martin Dempsey ABŞ-ın İraqda islamçılara qarşı mübarizə üsullarını dəyişəcəklərini istisna etməyiblər

Vaşinqton "İslam Dövləti" (İD) qruplaşmasının cihadçılarını ABŞ-ın son illər ərzində üzləşdiyi ən ciddi təhlükə hesab edir.

"Onlar adi bir terrorçular qrupu deyil. Onlarda ideologiya ilə strateji və taktiki hərbi peşəkarlıq birliyi yaranıb, onlar böyük vəsaitlərə malikdir. Bu, əvvəllər üzləşdiyimizlərdən xeyli ciddidir", - ABŞ müdafiə naziri Chuck Hagel bəyan edib.

Onun sözlərinə görə, Amerika aviasiyasının İraqın şimalında cihadçıların mövqelərinə endirdiyi zərbələr İD yaraqlılarının qabağını almağa imkan verir, lakin onların yenidən qruplaşıb cavab zərbə vuracaqlarını gözləməməyə dəyər.

“İslam dövləti” bilavasitə ABŞ üçün təhlükə kəsb edir, Hagel xəbərdar edib.

Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəisi Martin Dempsey isə bəyan edib ki, islamçıların Suriyadakı mövqelərinə hücum etmədən "İslam Dövləti"nə qalib gəlmək mümkün olmayacaq.

"Apokaliptik təfəkkür"

islamic_state_fighters

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, "İslam dövləti"nin yaraqlıları İraqın şimalında bir neçə şəhər üzərində nəzarəti ələ keçiriblər

Dempsey İD-ni "apokaliptik strateji təfəkkürlü" təşkilat adlandırıb və qeyd edib ki, təşkilat əvvəl-axır məğlub edilməlidir.

Nə Hagel, nə də Dempsey Vaşinqtonda keçirilən mətbuat konfransında "İslam Dövləti" yaraqlıları ilə mübarizədə ABŞ-ın tərəfindən hər hansı əlavə tədbirlər görüləcəyini bildirməyiblər, BBC müxbiri Barbara Plett məlumat verib.

Eyni zamanda Plett ABŞ-in İraqda və Suriyada cihadçılarla mübarizə üsullsrını dəyişəcəyini istisna etməyib.

Daha əvvəl ABŞ prezidenti Barak Obama ABŞ aviasiyasına kürd könüllü dəstələri və İraq hərbçilərinə İD yaraqlıları ilə hərbi əməliyyatlar zamanı dəstək təmin etməsinə icazə verib.