Rusiya yardım karvanı Ukrayna ərazisinə daxil olur

Rusiyanın yardım karvanı günlərlə sərhədə yaxın bölgədə saxlanılıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Rusiyanın yardım karvanı günlərlə sərhədə yaxın bölgədə saxlanılıb.

Rusiya humanitar yardım karvanının ilk avtomobilləri sərhədi keçərək Ukrayna ərazisinə daxil olublar.

Rusiyapərəst separatçılarının nəzarətində olan Ukraynanın "İzvarino" sərhəd məntəqəsini keçən yük maşınları Luhanska doğru irəliləyirlər, RİA Novosti bildirib.

Interfax agentliyi karvanın 34 maşından ibarət olduğunu xəbər verir.

Kremlin rəsmi nümayəndəsi Prezident Vladimir Putinə karvanla bağlı son məlumatın verildiyini deyib.

Cümə günü Rusiya Ukrayna tərəfindən məsələnin yubandırıldığını göstərərək yardım çatdırmaq barədə birtərəfli qaydada qərar qəbul etdiyini bildirib.

Plana əsasən yol boyu yardım karvanını müşayiət etməli olan Qırmızı karvana aidiyyatı olmadığını bildirib.

Bundan öncə Qırmızı Xaç təşkilatı Luhansk şəhərinə yollanan Rusiya yük maşınlarının Ukrayna gömrüyündə yoxlanılmasını bildirmişdi.

Mövzu ilə bağlı Rusiya 24 televiziya xəbərlərindəki süjetdə maşının içinə nəzər salan gömrük və Qızıl Xaç rəsmiləri nümayiş etdiriliblər.

Rusiyanın yardım karvanı günlərlə sərhədə yaxın bölgədə saxlanılıb.

Luhansk şəhərində və bəzi ətraf rayonlarda döyüşlər davam etməkdədir.