Ukrayna: Luhanskda küçə döyüşləri davam edir

Şəklin mənbəyi, EPA
Şərqi Ukraynada üsyançıların idarə etdiyi ərazilərdə güclü döyüşlərin getməsi, xüsusilə Luhansk şəhərinin küçələrində toqquşmalar barədə məlumatlar yayılıb.
Hökümət qüvvələri şəhərin bir rayonunu geri ala bilib, rəsmilər deyir.
Üsyançıların idarə etdiyi digər mühüm şəhər olan Donetskdə, üsyançıların qərargahının yaxınlığında artilleriya atəşi barədə məlumatlar var.
Rusiya deyir ki, gələn həftə Prezident Vladimir Putinlə Ukrayna prezidenti Pretro Poroşenkonun görüşü gözlənilir.
Mart ayında Rusiya Krımı ilhaq edəndən sonra, şərqdəki Luhansk və Donetsk regionlarında rusiyapərəst separatçılar Kiyevdən müstəqilliklərini bəyan ediblər.
Aprelin ortasından, Ukrayna höküməti üsyançılara qarşı əməliyyatını başlayandan bəri 2 000-dən çox mülki şəxs və döyüşçü həlak olub.

Şəklin mənbəyi, AFP
Ukrayna ordusunun rəsmiləri deyir ki, bazar ertəsi köçkünləri aparan karvan Luhanskda minomyot və raket atəşinə düşəndən sonra ən azı <link type="page"><caption> 17 mülki şəxs öldürülüb</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/08/140819_ukraine_refugees_bodies.shtml" platform="highweb"/></link>.
Ukrayna Rusiyanı üsyançıları silahlandırmaqda və şərqi Ukraynaya əsgərlər göndərməkdə ittiham edir. Kreml bu ittihamları rədd edir.
Şərqi Ukraynada ölüm halları artır
- Aprelin ortasından ən azı 2 119 adam, o cümlədən azı 20 uşaq həlak olub
- Avqustun 13-dən şərqi Ukraynada 5,043 adam xəsarət alıb
- 155 800 adam köçkün düşüb
- 188 000 adam Rusiyaya qaçıb
- Ötən həftə beş günlük müddət ərzində 22 000 adam Donetsk və Luhanskdan qaçmışdı
Mənbə: BMT-nin Humanitar İşlərin Koordinasiyası ofisi (rəqəmlər avqustun 15-dək olan vəziyyəti əks etdirir)




